Icma.az
close
up
RU
Mətbuat Şurası “Report”un əməkdaşını təltif etdi

Mətbuat Şurası “Report”un əməkdaşını təltif etdi

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Mətbuat Şurası "Report" İnformasiya Agentliyinin Şərqi Avropa üzrə xüsusi müxbiri Mübariz Aslanovu diplomla təltif edib.
Demokrat.az "Report"a istinadən xəbər verir ki, bu münasibətlə Şurada keçirilən təltifetmə mərasimində bildirilib ki, M.Aslanov Azərbaycan mediasını xarici ölkələrdə peşəkar səviyyədə təmsil etdiyinə, ekstremal zonalardan və müharibə bölgələrindən hazırladığı çox sayda reportajına görə təltif olunur.
Mərasimdə çıxış edən qurumun rəhbəri Rəşad Məcid Mübariz Aslanovun jurnalist fəaliyyətini yüksək qiymətləndirib:
"Gənc yaşında jurnalistika sahəsində bu cür rəğbət qazanmaq özü böyük bir uğurdur. Ümid edirik ki, Ukraynadakı münaqişə tezliklə başa çatar, oraya sülh gələr və bundan sonra başqa yöndə yaradıcı yazı və reportajlar hazırlanar".
"Report" İnformasiya Agentliyinin baş direktoru Fuad Hüseynəliyev isə, öz növbəsində, təltifetməyə görə Mətbuat Şurasına və Rəşad Məcidə təşəkkür edib:
"Mətbuat Şurası hər zaman fəaliyyəti ilə seçilən jurnalistlər üçün bu cür təşəbbüslərlə çıxış edib. Hesab edirəm ki, bu cür təşəbbüslər onlar üçün stimuldur".
Baş direktor Mübariz Aslanovun Ukraynadakı fəaliyyətinə toxunub:
"Rusiya-Ukrayna müharibəsinin ən qızğın vaxtlarında ona Bakıya qayıtmasını təklif etsək də, qayıtmadı, öz işinin başında qaldı və işini peşəkarlıqla davam etdirdi".
Azərbaycan Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmov Mübariz Aslanovun fəaliyyətinin Azərbaycanda ekstremal jurnalistikası üçün təcrübə olduğunu diqqətə çatdırıb:
"Rusiya-Ukrayna müharibəsinin mərkəzində olması, orada peşəkarlıq vərdişlərinə yiyələnməsi və onu gələcəkdə gənc jurnalistlərlə bölüşməsi, şübhəsiz, onlar üçün də maraqlı olacaq".
Çıxış edən Mübariz Aslanov təltifə görə təşəkkür edərək ekstremal jurnalistika təcrübəsini bölüşüb:
"Orada dünyanın müxtəlif ölkələrindən 200-ə yaxın mətbuat nümayəndəsi çalışır. Hər jurnalistin özünəməxsus xarakteri və baxış bucağı olur. Orada, o cür mühitdə işləmək çox böyük təcrübədir".
Jurnalist hazırkı dövrdə informasiya müharibəsinə diqqət çəkib:
"Nəzərə alsaq ki, hazırda həm də informasiya müharibəsi gedir, bu mənada, Azərbaycanı regional və beynəlxalq jurnalistika müstəvisində tanıtmaq önəmlidir".
Çıxışlar başa çatdıqdan sonra diplom Mübariz Aslanova təqdim olunub.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Aprel 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri