Icma.az
close
up
RU
Mətbuatın 150 illiyi ilə bağlı mediatur keçirilib FOTO

Mətbuatın 150 illiyi ilə bağlı mediatur keçirilib FOTO

Icma.az bildirir, Dogru.az saytına əsaslanaraq.

Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi münasibətilə “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) tərəfindən mətbuat nümayəndələri üçün mediatur təşkil olunub.

Doğru.az xəbər verir ki, Quba şəhərində baş tutan səfərdə müxtəlif media qurumlarını təmsil edən jurnalistlər iştirak ediblər. Mediaturun məqsədi media nümayəndələrini icbari sığorta sahəsində aparılan islahatlar, tətbiq olunan yeni strategiyalar və innovativ yanaşmalar barədə məlumatlandırmaq, media ilə əməkdaşlığı gücləndirmək olub.

Tədbirin açılışında çıxış edən İSB-nin İcraçı direktoru Vüsal Məsiyev media nümayəndələrini salamlayaraq mətbuatın milli dəyərlərin qorunması və ictimai şüurun formalaşdırılmasındakı rolunu yüksək qiymətləndirib: “Milli mətbuatımızın 150 illik yubileyi ərəfəsində belə bir tədbirin təşkili xüsusi əhəmiyyət daşıyır. İcbari sığorta sahəsində maarifləndirmə işlərinin genişləndirilməsində medianı mühüm tərəfdaş hesab edirik. Bu cür təşəbbüslər jurnalistlərin peşəkar inkişafına dəstək olmaqla yanaşı, vətəndaşların sığorta mövzusunda məlumatlılıq səviyyəsinin artırılmasına da xidmət edir”.

Sonra İSB-nin Biznesin İnkişafı Departamentinin rəhbəri Xanım Camalova “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının (İSB) 2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyasının təqdimatını keçirib.

Büronun digər rəhbər şəxsləri İSB-nin fəaliyyət istiqamətləri barədə media nümayəndələrinə maarifləndirici məlumat veriblər.

Təqdimatdan sonra müzakirələr aparılıb, media nümayəndələrinin sualları cavablandırılıb.

Tədbirin sonunda iştirakçılara xatirə hədiyyələri təqdim olunub və xatirə şəkilləri çəkilib.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://dogru.az
archiveBu xəbər 03 İyul 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see472

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see306

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see279

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see198

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see191

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see157

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see156

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see153

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see146

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see143

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see143

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see138

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see138

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see134

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see134

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see133

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see133

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see130

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see128

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri