Metro açıldı, amma problem bitmədi Stansiyalarda vəziyyət gərginləşdi + FOTOLAR
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün Bakı metrosunda baş verən nasazlıqdan sonra stansiyalarda ciddi sərnişin sıxlığı müşahidə olunur.
“Yeni Sabah” xəbər verir ki, nasazlığın aradan qaldırılmasından sonra metronun fəaliyyəti bərpa edilsə də, axşam saatlarında da sıxlıq tam aradan qalxmayıb.
“Nərimanov” stansiyasında çəkilən görüntülər insanların platforma və keçidlərdə sıx şəkildə hərəkət etdiyini göstərir.
Sərnişinlər bildirir ki, qatarların intervalında gecikmələr və yığılma səbəbindən hərəkət çətinləşib. Bəzi hallarda platformalarda uzun müddət gözləmələr qeydə alınıb.
Qeyd edək ki, bu gün saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Təhlükəsizlik məqsədilə bir sıra stansiyalarda sərnişinlərin təxliyəsi həyata keçirilib və metronun fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb. Nasazlığın aradan qaldırılmasından sonra metronun fəaliyyəti saat 15:01-dən etibarən bərpa olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 21 Aprel 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















