Icma.az
close
up
RU
Metro işçiləri maaş artımlarının ödənildiyi ilə bağlı məlumatı TƏKZİB ETDİLƏR: Pulumuzu kim verəcək?

Metro işçiləri maaş artımlarının ödənildiyi ilə bağlı məlumatı TƏKZİB ETDİLƏR: Pulumuzu kim verəcək?

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bakı Metropoliteni" QSC-nin bu gün yaydığı əməkhaqqı ödənişləri ilə bağlı açıqlamasına metro işçilərinin reaksiyası gecikməyib. Bir qrup metropoliten əməkdaşının Oxu.Az-a ünvanladığı müraciətdə bildirilib ki, verilən açıqlama həqiqətə uyğun deyil.

"Yanvar ayından bizim maaşlarımızda əlavə edilməli olan 10% artım ödənilmir. Bu barədə də bizə heç bir səbəb göstərən yoxdur. Məsələ mətbuata çıxandan sonra bildirildi ki, işçilər yaranmış vəziyyəti anlayışla qarşılasınlar. Düşündük ki, yəqin artımlar ödəniləcək. Bu gün isə rəsmi açıqlama yayıblar ki, ödənilməmiş əməkhaqqı öhdəliyimiz yoxdur. Necə yoxdur? On aydır ki, heç bir əməkdaşa bu artımlar ödənilmir. Bəs bu borc deyil? Bəs onu bizə kim ödəməlidir? Pulumuzu kim verəcək?", - deyə müraciətdə vurğulanıb.

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-də maaşlara edilən əlavələrin ödənilməməsi ilə bağlı məlumat saytımızda yayımlanıb.

"Bildiririk ki, Sərəncamın icrasından irəli gələrək "Bakı Metropoliteni" QSC tərəfindən cari ilin yanvarın 1-dən müvafiq tədbirlər həyata keçirilərək minimum əməkhaqqında edilən dəyişiklik qanunvericiliyin tələblərinə uyğun olaraq işçilərin əməkhaqqına tətbiq olunub.

Bakı Metropoliteni üçün işçilərin rifahı və əməyinin dəyərləndirilməsi prioritet məsələdir. Hazırda bu məqsədlərə uyğun əməkhaqqı fondunun təsdiqlənməsi ilə bağlı müzakirələr aparılır. Struktur islahatları çərçivəsində maliyyə və təşkilati məsələlərlə yanaşı, əməkhaqlarına yenidən baxılması da kompleks şəkildə nəzərdən keçirilir.

Həmin prosesin həyata keçirilməsi müəyyən zaman tələb edir və biz əməkdaşlarımızın bu mərhələni anlayışla qarşıladıqlarına inanır, onlara təşəkkürümüzü bildiririk", - qurumun cavabında bildirilmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Oktyabr 2025 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri