Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Pulumuzu kim oğurlayır?

Pulumuzu kim oğurlayır?

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son vaxtlar vətəndaşların şəxsi və bank kartı məlumatlarının, daha sonra isə maliyyə vəsaitlərinin ələ keçirilməsi halları artır. 

Artıq bu istiqamətdə qeydə alınan faktlara əsasən gündəlik olaraq vətəndaşların bank kartlarından müxtəlif məbləğdə vəsait oğurlandığına dair rəsmi xəbər yayılır. Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, dələduzluqla məşğul olan şəxslər özlərini müxtəlif adlarla təqdim edə bilərlər: 

“Özünü ailə üzvünüzün tanışı olduğuna inandırıb yaxın qohumlarınızın xəstə olduğunu, müalicəsinə təcili pul lazım olduğunu bildirə, bank əməkdaşı kimi “bankdandır, kartınıza müdaxilə var” deyə, müştəri adı ilə satdığınız əşyaya görə beh ödəmək istəyə və ya digər üsullarla sizi öz əməllərinin qurbanına çevirə bilərlər. 

Naməlum xarici nömrələrdən gələn zənglər və ya göndərilən mesajlara inanan vətəndaşlar dəqiqləşdirmə aparmadan tanımadıqları şəxslərin istədikləri məbləğləri onlara göndərirlər və məlumatı dəqiqləşdirdikdən sonra aydın olur ki, kiberdələduzluqlaüzləşiblər”.

DİN-in tövsiyələrinə görə, hər bir vətəndaş bilməlidir ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır: 

“Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabda olan pullar, yaxud pul yoxdursa, kredit formasında onlara zərər vurula bilər. Əgər qarşı tərəf bank əməkdaşı olduğunu iddia edirsə, yalnız kartın ilk və ya son 4 rəqəmini, sistemdə qeydiyyatda olan əlaqə nömrəsini və şəxsiyyət vəsiqəsinin FİN kodunu istəyə bilər. Heç bir halda bank əməkdaşı zəng edib, vətəndaşdan bank kartının məxfi şifrələrini istəmir, bunun üçün link, SMS, yaxud elektron məktub göndərmir. 

Bilməliyik ki, bank kartının tam nömrəsini, PİN, CVV, OTP kodlarını və digər şəxsi məlumatları istəyən, SMS göndərən şəxslər dələduzlardır. Bir daha vətəndaşlara naməlum nömrələrdən gələn şübhəli zənglərə və mesajlara qarşı diqqətli olmağı, şişirdilmiş vədlərə və cəlbedici təkliflərə araşdırma aparmadan inanmamağı, tanımadıqları şəxslərə onlayn qaydada ödəniş etməməyi, şəxsi və bank kartı məlumatlarını heç kimlə bölüşməməyi tövsiyə edirik”.

Qeyd edək ki, vətəndaşların bank kartlarından vəsaitlərin oğurlanması ilə bağlı məsələyə iqtisadçı-ekspertlər də birmənalı yanaşmırlar. Belə ki, iqtisadçı-ekspert Əkrəm Həsənovun sözlərinə görə, kartlardan oğurluqda təqsirləndirilməli tərəf ilk növbədə vətəndaşdır: 

“Ancaq  mən problemi daha çox bankların təhlükəsizlik sistemində görürəm. Bankların informasiya təhlükəsizlik sistemi o qədər bərbaddır ki, hakerlər onların məlumat bazasını oğurlayır və bilir, kimin hansı bankda nə qədər pulu var. Amma son anda təqsir yenə vətəndaşdadır. Sən axı öz məlumatını niyə kiməsə, tanımadığın şəxsə deyirsən?!”

Ekspert qeyd edib ki, informasiya və pulların oğurlanmasına dair problemlər daha çox böyük banklardadır və bunun da səbəbi var: 

“Banklar informasiya texnologiyalarına pul xərcləmək istəmir. Axırı da belə olur. Onu da deyim ki, bütün banklarda vəziyyət eyni deyil. Problem böyük banklarımızdadır. Oğurlanma halları məhz bu banklarda olur. Çünki bu bankların müştəri bazası o qədər çoxdur ki, informasiyanı tam həzm edə bilmirlər və onların təhlükəsizlik sistemi inkişaf etmir”.

Doğrudanmı bu gün ən aktual məsələlərdən olan bank kartlarından vəsaitin oğurlanması problemində banklar da günahkardır?   

Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a bildirib ki, bu problem ilk növbədə banklarındır: 

“Çünki əksər banklar təhlükəsizliklə bağlı, xüsusilə də elektron təhlükəsizlik sistemlərinə əlavə xərc çəkmək istəmirlər. Bu, çox bahalı  məsələdir. Əslində informasiya, elektron təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsi üçün təcrübəli mütəxəssislərə ehtiyac var. Bunun üçün bahalı qoruma proqramları alınmalı və həmin proqramlar tətbiq edilməlidir. 

Azərbaycan bankları bu vəsaiti xərcləmək istəmirlər. Nəticə etibarilə də bankların elektron təhlükəsizlik sistemləri təxminən bir neçə il bundan öncəki təhlükəsizlik sistemləridir. Banklar bir neçə mərhələli təsdiqləmə sistemini istifadəyə verməlidirlər. 

Bu zaman vətəndaşın, xüsusilə də onlayn ticarətdə, elektron pul köçürmələr sistemində iştirakına dəstək məqsədilə müəyyən tədbirlər görülməlidir. Burada bir ciddi məsələ də ondan ibarətdir ki, banklarda məhz bu işə baxan, vətəndaşlar haqqında informasiyaların, məlumatların toplandığı müvafiq şöbələrə nəzarət edən qurumlar bir neçə olur. Məsələn, bir-birinin üzərində nəzarət mexanizmini həyata keçirən şöbələr olmalıdır. Azərbaycanda əksər banklarda bu, bir şöbədədir və vətəndaşların məlumatları həmin bir şöbədə toplanır. 

Yəni, o şöbədə çalışanların belə, hansısa şəbəkə ilə əlbir olması kifayət edir ki,  bank müştərilərinin kartlarından pulların oğurlanması asanlaşsın. Burda da əsasən təhlükəsizlik, məsuliyyət məsələsi var. Bunun üçün də əlavə şöbə yaradılmalıdır. Şöbələr qarşılıqlı olaraq məhz bu məqam- elektron təhlükəsizlik üçün bir-birinə nəzarət etməlidir”.

Ancaq Azərbaycan banklarında hələ  bu struktur formalaşmayıb:

”Birinci növbədə elektron təhlükəsizlik üçün xərcləri artırmalıdırlar. İkincisi isə banklar özünün müvafiq aparatında struktur islahatı həyata keçirməlidirlər. Bu gün Azərbaycan yerli banklarının strukturu təxminən 2000-ci ilin əvvəlində formalaşmış strukturdur. Beləliklə, bu islahatlar həyata keçirilməli, vəsait sərf olunmalı, eyni zamanda elektron nəzarət və təhlükəsizlik sistemləri yeni proqramlarla təchiz edilməlidir ki, vətəndaşların vəsaitləri qorunsun. Onların aldadılma ehtimalları aşağı düşsün”. 

Ekspertin sözlərinə görə, bütün bunlarla yanaşı, məsuliyyəti ancaq bankların da üzərinə atmamalıyıq: 

“Burada vətəndaşın da günahı kifayət qədər çoxdur. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, vətəndaşlar müvafiq onlayn lotereya oyunlarında iştirak edirlər, qumar oyunlarına qoşulurlar. Tanımadıqları elektron səhifələr üzərindən alış-veriş edirlər. 

Bəzən burada aldadıcı, şirnikləndirici vədlər vətəndaşların yanlış yola getməsinə, tələsik qərar verməsinə gətirib çıxarır ki, burada da nəticə etibarilə ziyan görürlər. Ona görə də məsuliyyət məsələsində 50 faiz vətəndaşın üzərindədirsə, 50 faiz də bankların üzərindədir. 

Yalnız bankları ittiham etmək yox, vətəndaşları da məsuliyyətli olmağa dəvət etmək lazımdır. Ancaq burada vətəndaş aldadılan tərəfdir. Bank isə bilərəkdən bu sahəyə pul xərcləməyən, daxili struktur islahatlarını həyata keçirməyən təşkilatdır. Yəni, inzibati aspektdən yanaşsaq, bankların məsuliyyəti daha çoxdur”.

Nigar Abdullayeva
"Cebheinfo.az"

 

Açar sözlər: Bank kart pul vəsait oğurlamaq Razi Abbasbəyli Əkrəm Həsənov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 May 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see608

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see315

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see314

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see224

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see224

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see222

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see222

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see213

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see208

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see207

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see207

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see207

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see206

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see204

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see203

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see201

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see200

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see200

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see199

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri