Metroda nə baş verir? Sərnişinlər düşürüldü KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
Bakı metrosunun “Nəriman Nərimanov” stansiyasında sərnişinlər qatardan düşürdülüb.
KONKRET.az xəbər verir ki, bubarədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
O qeyd edib ki, “Gənclik” stansiyasında qatar stansiyanı tərk edərkən sərnişinlərdən birinin yanıq qoxusunun gəldiyini bildirməsi olub.
“Metronun “Gənclik” stansiyasında qatar stansiyanı tərk edərkən sərnişinlərdən biri maşinist rabitəsindən istifadə edərək məlumat verib ki, yanıq qoxusu gəlir. Bu səbəbdən metronun “Nəriman Nərimanov” stansiyasında qatara baxış keçirilib. Baxış zamanı hər hansı bir problem aşkar edilməyib. Eyni zamanda, qatarda olan sistemlər hər hansı bir problem göstərməyib. Bununla belə, ehtiyat və sərnişinin məlumatını yoxlamaq üçün qatara əlavə baxış keçirilib. Hər hansı bir problem müəyyən olunmayıb”, qurum rəsmisi əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 27 Noyabr 2024 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















