Icma.az
close
up
RU
Metroda “qırmızı xətt“ üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək

Metroda “qırmızı xətt“ üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri tam yekunlaşdırılıb.

"Bakı Metropoliteni" QSC-dən Moderator.az-a verilən məlumata görə, dalan yolunun təkrar istismara verilməsi ilə yaxın günlərdə "Həzi Aslanov" - "Əhmədli" mənzilində məkik hərəkət ləğv olunacaq. "İçərişəhər" - "Həzi Aslanov" sahəsində qatarların hərəkəti təmirdən əvvəlki qaydada bərpa ediləcək. Beləliklə, "qırmızı xət"də qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyə təşkil edəcək.

Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd olunub ki, 1981-1987-ci illərdə inşası aparılan yol dalanının konstruksiya izolyasiyası 20 ildən artıq istismar dövründə qrunt suları və torpaq erroziyası səbəbindən sıradan çıxmış, güclü korroziyaya uğramışdı.

Aparılan kompleks yenidənqurma çərçivəsində tavan istisna olmaqla, ümumi uzunluğu 1 kilometrə yaxın olan dalanın bütün infrastrukturu tam sökülərək yenidən inşa edilib. Altıvaqonlu qatarların qəbulunu təmin etmək üçün hər yol 20 metr uzadılıb.

Gücləndirmə işləri çərçivəsində qrunt, yağıntı və kommunikasiya xətlərindən gələn suların təsirini önləmək üçün 1.5-2 m dərinlikdə məhlulvurma aparılıb, yan və orta divarlar pilləli sökülərək yeni beton konstruksiyalarla əvəzlənib, antikorroziya tədbirləri görülüb. Bakı metropoliteni tarixində ilk dəfə tavanın dözümlülüyünü artırmaq üçün xüsusi sınaqlardan keçmiş karbon lifli materiallardan istifadə olunub, tunel geyiminin arxasında inyeksiya üsulu ilə gücləndirmə aparılıb, divar və tavana mühafizə boyası vurulub.

Yol infrastrukturunda döşəmə örtüyü gücləndirilərək yeni yol yatağı salınıb. Ağac şpallar dəmir-beton bloklu ballastsız yollarla əvəzlənib, 6 yeni yoldəyişdirici qurğu monolit özül üzərində quraşdırılıb. Müasir alüminium əsaslı təmas relsi isə elektrik enerjisinə qənaət etməyə və qulluğu asanlaşdırmağa imkan verir. Eyni zamanda rabitə, elektrik təchizatı, fiber-optik kabellər, yanğın mühafizəsi, videomüşahidə, sanitariya, su-kanalizasiya və havalandırma sistemləri tam yenilənib.

Həyata keçirilən bu layihə metropolitenin mühüm istismar sahəsini texniki cəhətdən müasirləşdirməyə, sərnişindaşımanın keyfiyyətini, təhlükəsizliyini və uzunömürlülüyünü təmin etməyə xidmət edir.

Qeyd edək ki, "Həzi Aslanov" stansiyasının dalanında dayanıqlılığın artırılması layihəsi 2025-2030-cu illər üzrə Dövlət Proqramının icra edilməsinə dair tədbirlər planı əsasında həyata keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Oktyabr 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri