Metrodan istifadə edənlərin sayı açıqlandı
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 208,6 milyon nəfər olub.
"Unikal" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz çoxdur.
Qeyd edək ki, bu ilin ilik 11 ayında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 127 milyon ton yük, 1650,4 milyon sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,5 faiz və 8,2 faiz artım qeydə alınıb.
Sərnişinlərin 95,2 faizi avtobus, 4,8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 13,2 faiz, sərnişin dövriyyəsi isə 9,5 faiz artıb.
Baxış sayı:63
Bu xəbər 17 Dekabr 2024 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















