Icma.az
close
up
RU
Metropoliten ötən ili zərərlə yekunlaşdırdı

Metropoliten ötən ili zərərlə yekunlaşdırdı

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

"Bakı Metropoliteni" QSC 2024-cü ili fəaliyyətini 139.62 milyon manat zərər ilə yekunlaşdırıb.

Bakıvaxtı.az QSC-nin hesabatına istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 81.6% artaraq metronun yığılmış zərəri 3 milyard 109.54 milyon manata çatıb.

Hesabatdan bəlli olur ki, 2024-cü ildə şirkətin cəmi gəlirləri 155.66 milyon manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 22.4% artım deməkdir. Gəlirlərin artımı əsasən sərnişindaşıma xidmətləri və hökumət subsidiyaları hesabına baş verib. Sərnişindaşıma gəlirləri 100.65 milyon manat, hökumət subsidiyaları isə 50 milyon manat təşkil edib.

Əməliyyat xərcləri 294.17 milyon manat səviyyəsinə yüksəlib ki, bu da 2023-cü ilin göstəricisindən 44.8% çoxdur. Xərclərin artımında əsas vəsaitlərin dəyərsizləşməsi, əməkhaqqı, elektrik enerjisi, mal-material və texniki xidmət xərcləri önə çıxır.

Hesabat dövründə metronun aktivləri 418.82 milyon manat, öhdəlikləri isə 33.29 milyon manat olub. Kapital həcmi isə 385.53 milyon manata düşərək əvvəlki ilə nisbətən 1.1% azalıb.

İşçi heyətinə ödənilən məbləğ 86.28 milyon manat, elektrik enerjisi xərcləri 13.93 milyon manat, əsas vəsaitlərin dəyərsizləşməsi üzrə xərclər isə 148.01 milyon manat təşkil edib.

2024-cü ildə davam edən tikinti layihələrinin həcmi də artıb. İlkin dəyəri 731.41 milyon manat olan tamamlanmamış tikintilər arasında "Xətai-Y20" stansiyası, B3 və B4 tunelləri, Dərnəgül və Xocəsəndə yerləşən elektrik depoları, digər infrastruktur obyektləri yer alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 Dekabr 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri