Icma.az
close
up
RU
Metropoliten, AZAL və ADY niyə illərdir zərərlə işləyir? İZAH

Metropoliten, AZAL və ADY niyə illərdir zərərlə işləyir? İZAH

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Rəhbərlər dəyişir, bəhanələr qalır

Yüz milyonluq avadanlıq günəş altında çürüyür, rəqabət, məsuliyyət yoxdur

“Qiymət artımı çıxış yolu deyil, gediş haqqı bahalaşsa da, vəziyyət dəyişməyəcək

 İlin sonunda bir sıra dövlət qurumları ağlaşma qurub ki, bəs, ziyanla işləmişik, xərcimiz borcumuzu ödəməyib. Statistik rəqəmlər havada “uçuşur”. Amma səbəbi göstərə bilmirlər və ya göstərmək niyyətləri yoxdur. Özləri bilir, şübhəsiz, hara, niyə nə qədər vəsait xərclənib, borc nədən toplanıb. Lakin vətəndaşa, hansı ki məhz onun əmək haqqından, digər gəlirlərdən çıxılan vergi, sosial ödəmələr hesabına büdcəyə vəsait daxil olur, sonra da bu büdcədən dövlət qurumlarına pul ayrılır. Ki vətəndaşa düz-əməlli xidmət göstərsinlər. Qurumlarsa, “çıxış yolunu” ödəniş haqlarını qaldırmaqda görür, Tarif Şurası da gediş haqqını, kommunal xidmət haqlarını qaldırır. Lakin yenə də bu qurumlara vəsait azlıq edir. Maraqlıdır, məsələn, metropolitendə gediş haqqı 1 manat müəyyənləşsə, (60 qəpiyin 1 manata çatmasına çox az – cəmi 40 qəpik qalıb) yenə də Metropoliten rəhbərliyi narazılıq edəcək ki, borc içindədirlər? Yaxşı, bəs görəsən, gediş haqları, kommunal ödənişlər nə qədər artırılsa, qurumların borcu bağlanar? Birdəfəlik bilək, yardım əlimizi uzadaq.

İqtisadçılarsa qurumların borc “ağlaşmasını” təhlil edərək nəticəyə varıblar. Ehtimal budur ki, istər ictimai nəqliyyat sektoru, istərsə də kommunal xidmət sektorunda rəqabət olmadığı üçün, bu sahədə irəliləyiş baş vermir.

İqtisadçı Rauf Qarayev bəzi qurumların zərərlə işləməsinin səbəblərini araşdırıb. R.Qarayev Sherg.az-a ə açıqlamasında bildirdi ki, Bakı Metropoliteni, ADY, AZAL, kommunal xidmət göstərən idarələr məlumatlarında zərərlə işlədiyini qeyd edirlər. Bunun çox vaxt səbəbinin göstərilən xidmətin müqabilində dövlət tərəfindən tənzimlənən qiymətlərin aşağı olduğu qeyd olunur. Misal, Metropoliten qeyd edir ki, gediş haqqı aşağı olduğu üçün onlar zərərlə işləyirlər, gediş haqqını qaldırmaqla bunu həll etmək olar. Baxmayaraq ki, dövlət onlara əlavə vəsait ayırır. Problemin kökü isə heç də bunda deyil:

- Azərbaycanda ümumilikdə cari il ərzində pul siyasəti yumşaldılıb, uçot dərəcəsi 7.25 faizdən 6.75 faizə, faiz dəhlizinin yuxarı həddi 8.25 faizdən 7.75 faizə, dəhlizin aşağı həddi isə 6.25 faizdən 5.75 faizə endirilib. 2025-ci ildə olduğu kimi, 2026-cı ildə də Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinə 8 dəfə baxmağı planlaşdırır. 2025-ci ildə illik inflyasiya əsasən hədəf diapazonunda (4±2 faiz) qalaraq noyabrda 5.5 faiz olub. 2026-cı ildə Mərkəzi Bank inflyasiyanı hədəf diapazonunda saxlamağı planlaşdırır və proqnozlara görə, illik inflyasiya 5.7 faiz səviyyəsində gözlənilir. Maraqlı haldır ki, illərdi səbəbi dəyişməz qalır. Keyfiyyət göstəricisinə gəlincə, qiymətlərin artımı olduqda, dəfələrlə qurumlar keyfiyyətin yüksəlməsini iddia etsələr də, görünən odur ki, keyfiyyət qismən nəzərə çarpır. Ümimilikdə vəziyyət köhnə halda qalır. Yəni qiymətləri dövlət tərəfindən tənzimlənən yuxarıda adını qeyd etdiyim qurumlar dövlətin özünə yük olaraq qalır. Bəs bu qədər qurumların rəhbərləri dəyişdikdə niyə yenə eyni deyimlər sitat gətirilir? Kadrın dəyişməsi məsələni həll edirmi? Görünən odur ki, kadr dəyişimi məsələni həll etmir. Onlar əvvəlki rəhbərlərin cızdığı yolla öz işlərini davam etdirirlər. Hətta işin həlli üçün beynəlxalq konsaltinq şirkətlərinə vəsait ödənilib, həlli prosesi ilə bağlı xəritələr tətbiq olunsa da, bu da effekt vermir. Məsələnin kökü ondadır ki, bu qurumlarla rəqabət aparan təşkilatlar yoxdur. Olmadığı üçün onların işini müqayisə etmək mümkün olmur. Bundan əlavə arxayınçılıq var ki, təşkilatlar dövlətə məxsusdur və burada istənilən hərəkət müdaxiləsiz qalacaq. Misal, internet provayderlər arasında “Aztelekom” MMC-yə rəqabət mühitli provayderlər var. Az da olsa, burada rəqabət var. Baxmayaraq ki, qiymət artımına gəldikdə əksəriyyəti eyni anda qiymətləri qaldırır. Görünən odur ki, demək, rəqabət mühiti yaradılsa, qismən də olsa bununla nəsə dəyişmək olar. Bu şərait azad sahibkarlara yaradılmalıdır, o sahibkarlar ki dövlət təşkilatlarında vəzifə tutub sahibkarlıqla məşğul olmurlar. Bu halda yuxarıda qeyd olunan qurumların da illərlə qeyd etdiyi bəhanələrə son qoyulacaq.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov sosial şəbəkə hesabında paylaşdığı statusda bəzi qurumların dövlət vəsaitini lüzumsuz yerə sərf etdiyini bildirib və konkret nümunə göstərib: “Dağ-mədən üsulu ilə metro tikintisində çalışan hər kəs bilir ki, Bakı şəhərinin hidrogeoloji şəraiti Mexanikləşdirilmiş Tunel Qazma Komplekslərinin (ŞİT-deyilir) işləməsinə imkan vermir. Belə olan halda illər əvvəl dəyəri yüz milyonlar olan iki qurğunu alanların məsuliyyəti nə olacaq? Qalıb günəş altında çürüyən belə lazımsız avadanlıqlar xərcləri artırır. Sonra da xidmət üçün qiymətləri artırmağı təklif edirlər”.

Yəqin, məsələ Metropolitenə aiddir. Yeni stansiyaların, Depoların tikintisinə başlanılır. Əgər bu texnikadan tikintidə istifadə edilməyəcəkdisə, niyə külli miqdarda vəsait xərclənməli idi? Görəsən, gediş haqqı nə qədər olsa, razı qalarlar?

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:312
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Dekabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri