Icma.az
close
up
RU
Metrostansiyalara kimlərin adları verilməlidir? SORĞU

Metrostansiyalara kimlərin adları verilməlidir? SORĞU

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

“Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncamı imzalayıb. “Tədbirlər Planın”da 

Konstitusiya və Suverenlik iliylə əlaqədar Bakıda metro stansiyalara yeni adlar verilməsi məsələsi də öz əksini tapıb. Sərəncamla təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


Bəs görəsən ziyalılar metrostansiyalara hansı yazıçıların, şairlərin, elm xadimlərinin və milli qəhrəmanların adlarının verilməsini istəyir? 


“Sherg.az”ın sorğusuna  ilk olaraq cavab verən millət vəkili Fazil Mustafa milli qəhrəmanların sayının çox olduğuna görə birinin adını verib, başqalarını verməməyin müəyyən şəxslərdə qıcıq yarandığını bildirib:


“Ona görə də bunu fərqləndirmək bir qədər çətindir. Belə olan halda daha fərqli kateqoriya üzərində düşünmək faydalıdır. Metrostansiyalara Azərbaycan tarixində, xüsusilə dövlət quruculuğunda böyük xidmətləri olan insanların adlarının verilməsi xoş olardı”.


Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid məsələylə bağlı söyləyib ki, müəyyən müzakirələr aparıldıqdan sonra müxtəlif təkliflərin içərisində ən yaxşıları seçilə bilər:


"Gənclik metrostansiyasının adını “Dədə Qorqud”la dəyişmək olar. Dədəd Qorqud bizim dastanlarımızda da hər kəsə ad verən bir şəxsiyyətdir. Həmçinin Gənclik metrostansiyası Dədə Qorqud parkının yaxınlığında yerləşir. İçərişəhər və Sahil metrosu kimi bəzi stansiyalara məkana uyğun adların verilməsi də mümkündür. Eyni zamanda Qərbi Azərbaycanla bağlı tarixi şəhərlərmizin adları da stansiyalara qoyula bilər. Nümunə olaraq Təbriz, Göyçə gölü, İrəvan, Zəngəzur və Xudafərin kimi adlarını göstərmək olar. Digər tərəfdən milli qəhrəmanların adlarına gəldikdə isə həmin isimlər həm də məkan və zaman kontekstində yaddaşları təzələməlidir”.


 "Kulis.az"ın baş redaktoru, yazıçı Ulucay Akif isə milli qəhrəmanlarımızdan birinin adı veriləcəksə, Mübariz İbrahimovu istədiyini vurğulayıb:


“Düşünürəm ki, Mübariz İbrahimovun bizi necə dirçəltdiyinin hələ tam fərqində deyilik. Şair və yazıçılardan seçim etməli olsam, "Səməd Vurğun stansiyası" qulağıma xoş gəlir. Yazıçılardan isə seçim edə bilmədim. Üzeyir Hacıbəyli adına da metrostansiya ola bilər. Eyni zamanda Lütfi Zadəni də deyə bilərəm. Stansiyaların sayını daha da artırsalar, nə seçim etməkdə çətinlik çəkərdik, nə də evdən-işə, işdən --evə gedəndə”.


Ağ Partiya sədri Tural Abbaslı isə yeni metrostansiyalara kimlərin adlarından verilməsindən öncə hansı şəxslərin adlarının götürülməsinə daha aktual yanaşılmalı olduğunu bildirib:


“Çünki tarixdə xain kimi tanınan bəzi şəxslərin adlarına hələ də parklar, küçələr və metrostansiylar qalmaqdadır. Məsələn Nəriman Nərimanov, Əliheydər Qarayev, Musabəyov və Ayna Sultanova kimi şəxslərin adları götürülməlidir. Sovetin tör-töküntülərinin adları bütün Azərbaycan üzrə ləğv edilməli və onun yerinə tarixi şəxsiyyətlərimizin, ədəbiyyatçılarımızın, milli şair və yazıçıların adları verilməlidir. Nadir Şah adına hansısa küçə və metrostansiya ilə rastlaşmamışam. Həmçinin xalq qurucularından Məmməd Əmin Rəsulzadənin və Nəsib bəy Yusifbəylinin adları qoyula bilər. Adlar çoxdur və onların hamısını saymaqla bitirmək olmaz. Ümumiyyətlə adların verilməsi həmin millətlərin tarixi yaddaşlarının unudulmaması baxımından vacibdir. Məsələn, Sorğu keçirsələr Nərimanovu hər kəs tanıyacaq, lakin Almaz İldırımı çoxu xatırlamayacaq. Bizim tariximizdə adları yaşadılmalı olan kifayət qədər kişilər və xanımlar var, bununla bağlı aidiyyəti qurumlar araşdırmalar aparmalıdır”.


Yazıçı Şərif Ağayar suala fərqli aspektdən vacab verib:


“Mən təklif edirəm stansiyaları və küçələri nömrələsinlər. Ad vermək şəxsiyyətə pərəstiş elementləridir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Fevral 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri