Mette Frederiksen: Rutte Qrenlandiya ilə bağlı Danimarkanın adından danışmamalı idi
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
NATO-nun Baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Tramp ilə Qrenlandiya məsələsi üzrə Kopenhagen adından danışıqlar aparmamalı idi.
APA xəbər verir ki, bu barədə Danimarka Baş naziri Mette Frederiksen “New York Times”a müsahibəsində bildirib.
“Ada üzərində suverenliyin verilməsi ideyası Danimarka və onun Avropa müttəfiqləri üçün qırmızı xətdir və bu sərhədin keçilməsi mümkün deyil” , - Baş nazir Davosda Rutte və Tramp arasında Qrenlandiya üzər əldə olunan razılaşmanı şərh edərkən vurğulayıb.
Frederiksen ABŞ ilə Danimarka arasında Vaşinqtonun adada hərbi baza yaratmasına icazə verən 1951-ci ildə imzalanmış razılaşmanı yüksək qiymətləndirib. Baş nazir qeyd edib ki, bu razılaşma gələcək danışıqlar çərçivəsində nəzərdən keçirilə bilər.
"Bizim hazırda siyasi-diplomatik həll yolunu tapmağa imkan verən ənənəvi bir yolumuz və NATO tərəfindən Arktik regionda daimi mövcudluq üçün daha aydın dəstək var," – Baş nazir bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 28 Yanvar 2026 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















