Icma.az
close
up
RU
“Dövlətin nüfuzu yalnız iqtisadiyyatla yox, həm də siyasi sabitlik, təhlükəsizlik...”

“Dövlətin nüfuzu yalnız iqtisadiyyatla yox, həm də siyasi sabitlik, təhlükəsizlik...”

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

“Ölkəmizə və ölkədə nüfuz sahibi olan şəxslərə qarşı yönəlmiş bu yeni kampaniya təsadüfi deyil. O, məqsədli, planlı şəkildə, konkret tapşırıqlar və verilmiş əmrlər əsasında əsasında həyata keçirilib. Bu prosesin bilavasitə ölkə daxilində xaricdən idarə olunan, kənar iradənin göstərişlərini icra edən siyasi meyitlərin zərərsizləşdirilməsi və siyasi təmizlik mərhələsinə keçidlə bağlı qəti qərarın verilməsindən sonra formalaşıb. Yeni dünya çağırışlarının sürətlə dəyişdiyi mövcud geosiyasi kontekstdə qəbul edilən kəskin və gərgin siyasi qərarların isə bəzi siyasi dairələri ciddi şəkildə sarsıtdığı və təşvişə saldığı aydın görünür”.

Adalet.az xəbər verir ki, bunu “Yeni Xətt” siyasi tədqiqatlar mərkəzinin rəhbəri Ramil Hüseynov deyib. 

O, bildirib ki, İstər beynəlxalq münasibətlərdə, istərsə də daxildə planlaşdırılan, gələcək perspektivdə ölkəmizin siyasi şanını və şöhrətini daha yüksəklərə qaldırmağa hesablanan idarəetmə metodu dövlətimizə qarşı çirkin kampaniyaların yeni, iyrənc bir mərhələyə keçməsinə səbəb olub:

“Dövlətin nüfuzu yalnız iqtisadiyyatla yox, həm də siyasi sabitlik, təhlükəsizlik, beynəlxalq nüfuz və mövqe, eləcə də sosial inkişafla ölçülür. Dövlət idarəçiliyimizin daha çevik və institusional xarakter alması, rəqəmsallaşdırma və xidmətlərin modernləşdirilməsi, sivil dünya toplumu və dərin təfəkkürə malik dünya gücləri ilə müvafiq inteqrasiya, eləcə də dövlətin strateji planlamasının məqsədyönlü aparılması imkanlarımızın daha məqsədli və milli maraqlara uyğun şəkildə həyata keçirilməsinə şərait yaradıb. Təbii ki, bu proses regionda və regiondan kənar qüvvələrin narahatlığına səbəb olub və bütün mənəvi cəhətdən deqradasiyaya uğramış şəxslərdən bu ciddi uğurlara zərbə vurmaq üçün şərəfsizcəsinə istifadə edirlər. Bu gün atılan addımlar və hesablanan siyasi strategiyamız gələcəkdə ölkəmizin daha qüdrətli inkişafı, eləcə də xalqımızın rifahı naminə atılan addımlardır və onların qarşısını almağa cəhd edən həmin qüvvələr milli və mental dəyərlərimizə zidd, şəxsiyyətsizlik sindromuna yoluxmuş müəyyən məxluqlardan istifadə edirlər”. 

R.Hüseyn deyib ki, 2020-ci ildən etibarən yeni geosiyasi reallıqlar yaradan diplomatiyamız və həmin diplomatiyanın arxasında dayanan müdrik xalqımızla şanlı ordumuz dövlət suverenliyimizi bərpa etdi: 

“Eyni zamanda möhkəm və sarsılmaz, əzəmətli bir həmrəylik və milli birlik yaratdılar ki, bu da bizi istəməyən qüvvələrin ciddi narahatlığına səbəb olmaya bilməz. Regional aktor kimi daha fəal olan Azərbaycan və onun mütərəqqi siyasəti xalqımızın layiq olduğu bütün mütərəqqi addımları atacaq və planlaşdırdığı bütün siyasi aksiyaları həyata keçirəcək. Biz daha güclüyük, daha böyük, daha müstəqil, daha azad və daha suverenik. Bu böyük düşüncənin, bu sərrast diplomatiyanın, bu müdrik xalqın qarşısında siz əziləcəksiniz və yox olacaqsınız bundan əmin olun. Dəmir yumruq indi daha möhkəmdir! Daha güclüdür! Daha qətiyyətlidir! Daha prinsipialdır!”.

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://adalet.az
archiveBu xəbər 28 Yanvar 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see278

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see264

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see249

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see212

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see204

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see182

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see182

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see179

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see169

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see168

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see166

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see161

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see160

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see156

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see149

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see149

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see148

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri