“Meydan TV”nin əməkdaşları barəsində həbs qərarı verildi
Qafqazinfo-dan alınan məlumatlara görə, Icma.az xəbər verir “Meydan TV”nin əməkdaşları barəsində həbs qərarı verildi.
“Meydan TV”nin əməkdaşları məhkəməyə çıxarılır.
“Qafqazinfo”nun məlumatına görə, iki gün əvvəl saxlanılan jurnalistlər haqda təqdimatlara Xətai Rayon Məhkəməsində baxılır.
İş üzrə 7 nəfər- Aynur Qənbərova (Elgünəş), Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova və Aytac Əhmədova (Tapdıq) cinayət məsuliyyətinə cəlb edilib.
Onların hər birinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
***
Məhkəmənin qərarı ilə Aysel Umudova, Aytac Əhmədova, Aynur Elgünəş, Natiq Cavadlı, Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)