Icma.az
close
up
RU
“Meydança hazır deyildi” Ayxan Abbasov

“Meydança hazır deyildi” Ayxan Abbasov

Idmanxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“CBC Sport”u 10 illik yubileti münasibəti ilə təbrik edirəm. Futbolun işıqlandırılmasında böyük rolları var, onlara uğurlar arzulayıram. Oyun çətin keçdi. Meydançanın belə olacağını gözləmirdik. Bu cür ağır meydançada xarakter göstərmək lazım olduğunu bilirdik. Sürət baxımından hər iki komanda çətinlik çəkirdi. Bu gün hər iki komanda bir xala layiq idi. Təəssüf ki, ikinci hissədə 2 real qol epizodundan istifadə edə bilmədik. Rəqib isə bir epizoddan yararlandı. Bu cür meydançada futbol oynadıq. Futbolçularıma təşəkkür edirəm. Rəqib bizdən daha təcrübəlidir, daha geniş heyətə malikdir. Davam edəcəyik, mübarizə qarşıdadır. Tovuz azarkeşlərini təbrik edirəm, çoxdandır ki, gözlədikləri günləri gördülər”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 10-cu turunun “Turan Tovuz”la matçından sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb:

– Sizə elə gəlmir ki, oyun sərt və kobud formada keçdi?

– Mənə elə gəlmir. Meydança onu tələb edirdi. Meydançaya da heyfsləndim ki, çox əziyyət çəkiblər… Mənim də arzum idi ki, “Turan Tovuz” süni örtüklü meydançadan təbii örtüklü meydançaya keçsin. Məncə, tələsdilər. Nə qorxulu idi? Pis zədələr ola bilərdi. Çünki ot yerində qalmırdı. Amma nə edək, oynamaq lazım idi. Meydança sərt oyunu tələb edirdi.

– Millidən…

– Millidən danışmayacam. Rəqib baş məşqçilər bir az etiraz edirlər. Mətbuat konfransı çox çəkdiyi üçün. Allah qoysa, millinin mətbuat konfransında suallarınıza cavab verərəm. Keçən həftə Qəbələdə də oldu, məşqçilər etiraz edir ki, Ayxan Abbasovun mətbuat konfransı çox çəkir, millidən danışır. Buna riayət edək. Vacib suallarınıza cavab verəcəm.

– Tovuz stadionunun əvvəlki süni örtüklü meydançası yaxşı idi, yoxsa indiki təbii örtüklü meydança?

– Bura yaxşı olacaq. Lazım idi. Gördükləri işə qiymət verək. Sadəcə oyun milli fasiləsindən sonra keçirilsəydi, meydança da daha mükəmməl olacaqdı. Məncə, meydança hazır deyildi.

– Bəs, Şamaxıdakı stadionunun ot örtüyü nə vaxt təbii örtüyə dəyişdiriləcək?

– Tovuzdakı stadionun ot örtüyünün dəyişdirilməsinə sevinirəm. Bu, bizim futbolumuza lazımdır. Bunu deməliyik. Bir az da həvəsləndirməliyik. “Turan Tovuz” rəhbərliyini, Tovuzu təbrik edirəm ki, böyük iş görüblər. Ümid edirəm ki, Premyer Liqada çox komanda olar və hamı təbii örtüklü meydançada oynayar. (Sportal.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 02 Noyabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see451

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see256

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see250

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see233

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see227

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see224

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see222

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see221

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see215

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see208

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see203

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see202

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see200

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see198

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see194

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see193

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see191

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see188

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see181

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri