“Meydança yararsız duruma düşüb deyə, oranı tərk edirik” “Şəfa”dan cavab
Futbol üzrə ölkə çempionatının 2-ci liqasında liderliyə iddialılar sırasında olan “Şəfa” qış fasiləsindən sonra oyunlarını “ASK Arena”da keçirməyəcək. Belə ki, klub həmin stadionu tərk edib.
“Şəfa”nın “ASK Arena”dan çıxmasının səbəbi nədi? Bundan sonra məşqləri və oyunları harda keçirəcəksiz? Bu xəbərlərin nə dərəcədə doğru olduğunu klubun prezidenti Elvin Ələsgərovdan soruşsaq da, o, rəsmi şəkildə məlumat veriləcəyini söylədi.
Komandanın baş məşqçisi Elgiz Kərəmli isə “Football-plus.az”a bunları dedi:
“Səhv etmirəmsə, meydança yararsız duruma düşüb deyə, oranı tərk edirik. Düzü, tam dəqiq bilmirəm. Rəhbərlik daha doğrusunu bilir. Çünki mən gəlməmiş oranı tərk ediblər. Məşqləri keçmiş “Azəri” stadionunda keçirəcəyik. Oyunların harda olacağı ilə bağlı tam dəqiq məlumatım yoxdu”.
ƏSƏD SEYİDOV