Icma.az
close
up
RU
Meydanda çəllək üstünə çıxanlar və ya populyarlığın sadə formulu Səbin Əvəzqızı yazır

Meydanda çəllək üstünə çıxanlar və ya populyarlığın sadə formulu Səbin Əvəzqızı yazır

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Heç meydanda çəlləyin üstünə çıxmısız? Əslində populyarlıq üçün ən sadə formul bu imiş. Bir az aşağıda o formuldan sizə daha ətraflı yazacam. İndi isə sözümün “mustafa”sından başlayaq...

Hər gün neçə-neçə yazını redaktə edirik. Yəni işimiz bu. Amma düzünü deyim ki, oxuduğum əksər yazılar texniki niyyətlə, yəni işimiz olduğu üçün redaktə edilir. Məsələn, dünyanın hansısa cahilinin səhnədə oyun çıxarması, mənəviyyatsız birinin dəyərdən danışması kimi və s. Əslində soruşa bilərsiniz ki, öz bəyənmədiyimiz yazıları bizə niyə oxudursunuz? Bunları bilmək də sizin haqqınızdır. Kimin cahil, kimin mənəviyyatsız olmasına da özünüz qərar verin, biz sizə, bəzəksiz, qərəzsiz, şərhsiz quru xəbər veririk. Bir az da nə yalan deyim, görürük ki, oxucuların böyük əksəriyyəti də bu tip xarakterli materialları oxuyurlar. Mən hələ fəlsəfi, dərin düşüncə tələb edən yazıları qoyuram bir kənara, adicə xəbər yazırıq ki, sabah evlərə verilən qazlarda problem ola bilər, filan qidanı qəti almayın təhlükəlidir, bu tip yazıların oxucu sayı maqazin yazıları ilə müqayisədə çox cılız qalır. Yəni sayt oxuyanların bir çoxu üçün canından əvvəl, damlaların, şəbnəmlərin, kim kardaşyanların nə edib-etmədiyi gəlir. Hətta bu informasiyaların heç bir dəyəri və dünyaya xeyir verməyəcəyini bilərək, vaxtlarını boş yerə xərcləyirlər. Maraq ehtirasların əh təhlükəlisidir...

Lakin yazı da var ki, həcmi 10 səhifəni də ötsə, bunu oxuyub redaktə etməkdən, yeri dəyişik düşən, vergül, nöqtəni bu gözəlliyə, dəyərli fikirlərə xələl gətirməsin deyə aparıb doğru yerə qoymaqdan ləzzət alırsan. Heç bitməsin istəyirsən. Yazıya başlayandan bilirsən ki, ən azı bu gün ərzində hazırda oxuduğun fikirlərin təsirində qalacaqsan. Evə gedəndə ailə üzvlərinlə belə, ağzın texniki danışacaq, çünki beynini hansısa maraqlı bir müsahibə, reportaj, təhlil işğal edib.

Bu gün də beynim əsir götürülüb. Ağıllı, düşündürən, sənin içindəkiləri özünə izah edən, səni özünə tanıdan fikirləri müsahibə variantında oxuyarkən, bunun üçün nə qədər acdığının, ehtiyacının yaranmasının fərqində olursan. Ətrafdakılar bağışlasın, bu gün yenə onlarla söhbətlərim yalnız texniki ola bilər.

Əgər bu dünyanın əsl rəngini görmək, hazırda efirdə bəyənmədiyiniz aparıcıların hələ Platonun vaxtında da olduğunu bilmək, “dəliliyin” harada avantaja, məharətə çevrildiyini öyrənmək və ən əsası niyə xoşbəxt ola bilmədiyimizi anlamaq istəyirsinizsə elə bu yazını oxuduğunuz saytda – Lent.az-da teatrşünas, tənqidçi, yazıçı Aydın Talıbzadənin müsahibəsini oxuyun. Hesab edirəm ki, elə düşünməzsiniz, amma mən yenə işimi qarantiyaya alaraq deyim ki, Aydın müəllim nə qohumum deyil, nədə ondan heç bir asılılığım yoxdur. Amma fikirləri məni hələ də “asılqan”da saxlayır.

İnsanın özünü dolu olduğunu bilməyin nə qədər təhlükəli və ziyanlı olduğunu o qədər sadə nümunələrlə izah edir ki... Gedin özünüzü mütləq əlavə yüklərdən qurtarın. Fincan sadəcə boş olanda onu doldurub yeni nemət qəbul etmək olur.

Aydın müəllim tam elə demədi, amma Platondan bir fikir səsləndirəndə gözümün qarşısında diqqət çəkmək üçün, efirlərdə insanlara bayıldıcı dərman verib studiyaya çıxaranlar, yıxılmaq, dava-dalaş salmaq, göz yaşlarını selə döndərmək üçün qonaqlarla əvvəlcədən “orqanizə çete” yaradanlar, bir sözlə dəyər adında nə qalıbsa hamısına tüpürən veriliş aparıcıları gəldi. Müsahibədən sitat: “Platon nə deyirdi? Deyirdi ki, əgər tez tanınmaq istəyirsənsə, meydanda çəlləyin üstünə çıxıb qışqır, ağzına gələni danış. Mütləq effekti olacaq səni görəcəklər”. Bu da sizə populyarlığı formulu olsun...

Amma... Xeyli özümə gəldim, Platon da bu qayğılarla yaşayıbsa, bəs  bizə nə düşüb ki, belə faydasız mübarizələrə enerji sərf edək? Yəni dünya əvvəldən belə gəlib. Kimsə deyirsə ki, belə də davam etməsin, mübarizə meydanını ona veririk. Cəmiyyətin böyük çoxluğunun şüurunu dəyişmək uzun-uzun illər tələb edən məsələdir. Bəzən bir də görürsən, zaman yetişir və “alaq”lar ortadan yox olur. Amma o “zaman”ı bəsləmək, yetişdirmək üçün nə qədər su, gübrə, münbit şəraitin lazım olduğunu hesablamaq asan deyil.

Deməli belə, söhbəti çox uzatmayım. Bir filmi, tamaşanı izlədikdən, bədii əsəri oxuduqdan sonra təsirlənə bilirsinizsə və bu sizi məst edirsə, Lent.az-da çıxacaq müsahibəni tezliklə oxuya bilərsiniz. Di, salamat qalın, meydandakı çəlləklərdən də muğayat olun, yoxsa gəlib-gedən çıxacaq onun üstünə.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 Dekabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see236

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see234

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see194

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see189

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see163

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see150

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see149

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see144

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see136

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see134

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see129

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see129

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri