Icma.az
close
up
RU
Meydanda “tiktoker”lərdir: “Bir dəli maşının üstünə çıxıb deyir ki...” Professordan etiraz

Meydanda “tiktoker”lərdir: “Bir dəli maşının üstünə çıxıb deyir ki...” Professordan etiraz

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sosial şəbəkələr artıq həyatımıza çox sürətlə nüfuz edir. 

Hətta vəziyyət o yerə gəlib çıxıb ki, sosial şəbəkələr gənclərin peşə seçimlərinə də ciddi təsir göstərməyə başlayıb. Son illər xüsusilə yeniyetmələr arasında hər hansı sənət və peşəyə maraqdan daha çox bloqer və influenser olmaq arzusu ortaya çıxıb. 

Gənclər qısa zamanda məşhurlaşmaq və yüksək gəlir əldə etmək ümidi ilə ənənəvi peşələrdən uzaqlaşmağa başlayıb. Bu tendensiyanın doğurduğu risklər isə zaman-zaman cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. 

Günlər əvvəl tanınmış hüquqşünas Fərhad Mehdiyevin 17 yaşlı qızının faciəvi ölümündən sonra etdiyi paylaşım da bu mövzunu yenidən gündəmə gətirib. Böyük mənəvi sarsıntı yaşayan hüquqşünas valideynlərə, xüsusilə atalara müraciət edərək övladlarının həyatına və seçimlərinə daha yaxından nəzarət etməyin vacibliyini vurğulayıb. 

O bildirib ki, son iki ildə qızının tərbiyəsinə ciddi müdaxilə etməyib və qızı sosial şəbəkələrdə reklam çəkərək gəlir əldə edib: 

“Son 2 ildir ki mən qızımın tərbiyyəsinə ciddi qarışmırdım, - reklam çəkib pul qazanırdı, hətta mənə "Ata, bloqqerlər vəkillərdən çox pul qazanır" deyirdi”.

Məhz bu etiraf sosial şəbəkələrin gənclərin həyatına və gələcək planlarına təsiri ilə bağlı müzakirələri yenidən alovlandırıb. 

Bəs sosial şəbəkələr yeniyetmələrin peşə seçiminə necə təsir edir? 

“Cebheinfo.az”-a açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib ki, gənclərin əksəriyyəti artıq “tiktoker” olmaq istəyir.

Onun sözlərinə görə, alternativ olmadığı üçün cəmiyyət onları izləyir:

"Biz onları peşə sahibi hesab etməsək də, onlar pul qazanırlar. Gənclər görürlər ki, bu, asan qazanc yoludur. Məlumdur ki, bu gün 17-18 yaşlı gənclərin əksəriyyəti “tiktoker” olmaq istəyir. Cəmiyyət artıq onların paylaşdıqlarına reaksiya verir. 

Çünki alternativ yoxdur, cəmiyyət sadəcə onları görür. Əgər televiziyalarda, müxtəlif tədbirlərdə alternativlər olsa, insanlar kimin daha bilgili olduğunu görüb qərar verə bilərlər. Hazırda meydan yalnız onların əlindədir, başqa kimsə görünmür. Onlardan başqa kimsə yoxdu. Artıq böyüklər də bu işlə məşğul olur”. 

Zahid Məmmədov əlavə edib ki, reklam bazarı artıq “tiktoker”lərin əlindədir:

“Bu sahədə yaş məhdudiyyəti ilə bağlı qanun qəbul edilməlidir. Reklam bazarı da artıq tiktokerlərin əlindədir. Artıq şirkətlər onlarla işləyirlər. Məsələn, bir dəlinin biri avtomobilin üstünə çıxıb deyir ki, bu, ən yaxşı maşındır. 

Bu da reklam. Yəni belə bir vəziyyət yaranıb. Bu, çox acınacaqlı vəziyyətdir və  proses davam edir. Bir insan öz yeməyini çəkib paylaşırsa, diqqət məhz onun üzərinə yönəlir”. 

Professor vurğulayıb ki, televiziyalarda gənclərin maraq dairəsinə uyğun, maarifləndirici və cəlbedici alternativ verilişlərin hazırlanması bu tendensiyanın qarşısının alınmasına kömək edə bilər:

“Burada seçim məsələsi var. Ümumiyyətlə, televiziyalarda yaxşı alternativ və uyğun verilişlər olarsa, bunun qarşısını almaq olar. Bloqerlərin çox qazanması artıq iqtisadi hadisə deyil, artıq adi hala çevrilmiş sosial və mədəni problemdir. 

Onların pul qazanması, zənginləşməsi, dinlənilməsi, efirə çıxarılması və onlara dəyər verilməsi olduqca yanlışdır. Bu, gələcəkdə cəmiyyət üçün böyük problemlər yaradacaq. Televiziyalar maarifləndirməyə keçməlidir. Artıq gərəksiz və toy səviyyəsində olan verilişlər yığışdırılmalıdır”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Sosial şəbəkələr Zahid Məmmədov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 İyun 2026 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri