Meyitdən ürək köçürülən gəncin ölümü KARDİOCƏRRAH SƏBƏBLƏRDƏN DANIŞDI
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Onun ölümünə ürək probleminin səbəb olmadığı deyilsə də, bu, bir çox insanda ürək transplantasiyasında əldə olunan uğurla bağlı tərəddüt yaradıb.
Səhiyyə Nazirliyi akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Kardiocərrahiyyə şöbəsinin müdiri Anar Həsənov bu barədə Ölkə.az-ın suallarını cavablandırıb.
O bildirib ki, transplantasiya əməliyyatı uğursuz olsaydı, xəstə elə həmin xəstəxanada həyatını itirərdi:
“Adam bir il yaşayıb. Ölüm səbəbi isə infeksion xəstəlik, travma və s. ola bilər”.
Həsənov deyib ki, ürək köçürülən gəncin ölümü Azərbaycanda bu sahənin gələcəyinə heç bir mənfi təsir göstərmir:
“Niyə təsir göstərsin ki? Cərrahiyyə varsa, ürək köçürmə varsa, təbii ki, orada ölüm də olacaqdır. Yəni bu əsas vermir ki, bu sahə tamamilə bağlansın, uğursuz olsun. Bu istiqamətdə işlər davam edəcəkdir”.
Kardiocərrah qeyd edib ki, ölümü ürəklə əlaqələndirənlər düzgün bilmədikləri şeyi danışmasın:
“Azərbaycanda ilk dəfə Kamran Orucov, Nihat Əliyev ürək transplantasiyası əməliyyatını ediblər. Ölkəmizdə də bu sahədə inkişaf gözlənilir. Tək Azərbaycanda yox, bütün dünyada gözlənilir. Azərbaycan səhiyyəsi hər gün inkişaf eləyir, xüsusən də kardiologiya və kardio cərrahiyyə”.
Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilib. Meyit donorun ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon sakini Rəşad Məmmədəliyevə köçürülüb.
Könül
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 17 Oktyabr 2026 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















