Meymun çiçəyi dünyada necə yayılır? ARAŞDIRMA
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Meymun çiçəyi virusunun dünyada yayılma xüsusiyyətləri ilə bağlı yeni açıqlama verilib. Rusiyanın “Vektor” Virusologiya Mərkəzinin direktor müavini Sergey Şelkunov xəstəliyin yayılmasının HİV infeksiyasına bənzər xarakter aldığını bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Şelkunovun sözlərinə görə, virusun ötürülməsi eynicinsli əlaqələrdən heteroseksual əlaqələrə keçib. O bildirib ki, 2024-cü ildən Mərkəzi Afrikada daha ağır infeksiyaya və daha çox ölüm halına səbəb olan virus variantının yaratdığı epidemiya genişlənir.
“Cinsi yolla ötürülmə artıq başqa səviyyəyə keçib. Bu baxımdan vəziyyət HİV infeksiyasını xatırladır. HİV də müəyyən bir icmadan başlayıb, daha sonra müxtəlif yollarla geniş yayılıb”, - Şelkunov qeyd edib.
O əlavə edib ki, meymun çiçəyi uzun müddət Mərkəzi və Qərbi Afrikanın tropik yağış meşələri üçün endemik xəstəlik olub. Lakin 2022-ci ildə virusun kütləvi yayılması baş verib. Bu xəstəliyə yoluxma halları dünyanın 144 ölkəsində təsdiqlənib və təxminən 200 min yoluxma hadisəsi araşdırılıb.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 22 Sentyabr 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















