Icma.az
close
up
RU
“Meymunun dili olsa, deyər ki, meymun özünsən...” Niyə səhvimizi qəbul etmirik?

“Meymunun dili olsa, deyər ki, meymun özünsən...” Niyə səhvimizi qəbul etmirik?

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Kulis.az Günel Novruzun yeni yazısını təqdim edir.


Bu yaxınlarda maraqlı bir məlumat oxudum: Niderlandın Utrext Universitetinin alimləri maraqlı bir nəticəyə gəliblər: şimpanzelər yeni sübutlarla qarşılaşdıqda fikirlərini dəyişdirə bilirlər.

Yəni, səhv etdiklərini anlayır, yeni məlumat əsasında qərarlarını yenidən formalaşdırırlar. Bu, rasionallığın, yəni məntiqli düşünmənin ən sadə tərifidir.
Ağlıma gələn ilk sual bu oldu ki, əgər meymun belə bunu bacarırsa, bəs niyə biz, “yaradılışın əşrəfi” sayılan insanlar fikir dəyişdirmirik, zehnin sərt qəliblərindən çıxa bilmirik?
İnsan zehni qəribə mexanizmdir: bir dəfə bir fikrə inananda, o fikir artıq bir inanca çevrilir. Biz onu müdafiə etməyə başlayırıq, hətta dəlillər əleyhimizə olsa belə.

Çünki səhv etdiyimizi qəbul etmək, içimizdəki “yanılmaz mən” obrazını sarsıdır.
Sosial şəbəkələrdə hər gün bunun minlərlə nümunəsini görürük. Kimisə yanlış məlumatla üzləşdirirsən, amma o, “bəlkə səhv etmişəm” demək əvəzinə, daha çox arqument axtarır, daha çox link paylaşır, daha yüksək səslə qışqırır.

Müdafiə etdiyi də həqiqət- filan deyil, öz zavallı eqosudur.
Elm sübut etdi ki, şimpanzelər daha güclü sübutla qarşılaşanda əvvəlki inanclarını dəyişdirirlər. Biz isə çox vaxt faktları öz fikrimizə uyğunlaşdırırıq, yəni həqiqəti büküb şəxsiyyətimizin formasına salmağa hazırıq, təki komfort zonamızdan bircə addım da uzaqlaşmayaq.
Bunun altında yatan bir səbəb də dəyişiklik və yenilik qorxusudur. Fikir dəyişmək insan üçün zəiflik əlamətidir. “Sən dünən başqa cür deyirdin!” ifadəsi sanki bir ittiham kimi səslənir. Amma axı düşünmək elə bu deməkdir – “böyüdükcə”, oxuduqca, öyrəndikcə fikrini yeniləmək və bütövlükdə yenilənmək.
Bundan ötrü təzədən hansısa teorem isbat etməyə də gərək yoxdur, bir az təbiilik, bir az həyatın axışına , bir az da özünə güvənmək yetərlidir. Məsələn, şimpanze bunu təbii şəkildə edir: buna görə eqo savaşı da yoxdur, banan davası da, çox sadə - dəlil dəyişibsə, qərar da dəyişməlidir.
Bu bioloji məntiqlə, deməli, Darvinin əcdadı bizdən çox daha “ağlabatan” davranır. Biz isə bəzən ideyalarımızı dinə çeviririk, dəyişməz “doğrular” düzəldirik və onlara sitayiş edirik.

Sonra da hünərin var – bu dini, mental, sosial fikirlərinin dəyişməyənlərə kənarda da başqa bir doğrunun ola biləcəyi ehtimalını söylə. Biri cəhənnəmi, biri “camaat nə deyər”, “mənim inandığım düzgündür, sən kafirsən”, “bizim vaxtımızda...” "silah"larını əllərinə alıb başlayacaqlar səni qovalamağa... Tutdularsa, vay halına...
Bəli, fikir dəyişmək də mədəniyyətdir və biz hələ bunu öyrənə bilməmişik.
Fikir dəyişmək xəyanət deyil, bu, intellektual elastikliyin göstəricisidir. Yeni sübutu qəbul etmək cəsarət, mənəvi güc tələb edir, “haqlıyam” demək asandır, amma “bəlkə yanılıram” demək üçün eqonu bir kənara qoymaq lazımdır.
Təəssüf ki, bəziləri üçün fikirlər və inanclar beton kimidir, bir dəfə şüuraltlarının təməlinə tökülüb və onun üstündə ömür binalarını inşa edirlər. Halbuki dünya dəyişir, bilik genişlənir, elm dərinləşir.
Əgər şimpanzelər belə dəyişməyi bacarırsa, biz hansı mənəvi təkamül mərhələsində ilişib qalmışıq, görəsən?
Zehni çeviklik insanı insan edən əsas xüsusiyyətlərdən biridir. Amma biz bəzən “haqlılıq illüziyası” uğrunda onu qurban veririk. Öz fikirlərimizin əsirinə çevrilirik və azad olduğumuzu zənn edirik. Biz isə fakt qarşısında əsəbləşirik, dil-dodağımızı gəmiririk, zəncir çeynəyirik. Fikir dəyişdirmək insanı kiçiltmir, zehnin sərhədlərini genişləndirir, mənəvi olaraq böyüdür.
Gülməli və paradoksal olan odur ki, fakt qarşısında fikrini dəyişən, həqiqətə başqa rakursdan yanaşa bilən, zehni baxımdan daha elastik davrana bilən şimpanzeləri alçaldıcı şəkildə “meymun” adlandırırıq.

Halbuki özünü təkamülün yuxarı pilləsində sayan və inadla köhnə fikir kəndirlərindən möhkəm yapışıb əlləri qan içində olsa belə, buraxmaq istəməyənlərin bəlkə də hərdən bir azca şimpanze kimi “düşünməsi” onları daha çox insan edə bilər. Bir atalar sözündə olduğu kimi - meymunun dili olsa, deyər ki, meymun özünsən...

Həqiqi vətənpərvərlər heç nədən çəkinməməlidirlər... - "Füyuzat" jurnalı nəyi təbliğ edirdi? Elnarə Akimova: “Ədəbiyyatda öz hekayəmi yazmağı bacarmışam...” - Müsahibə Billi Aylişə konsertdə hücum edildi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://kulis.az
archiveBu xəbər 03 Noyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see245

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see236

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see218

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see217

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see213

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see200

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see196

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see189

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see171

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see154

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see154

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see150

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri