Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Niyə səhvimizi qəbul etmirik?

Niyə səhvimizi qəbul etmirik?

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Günel Novruzun yeni yazısını təqdim edir.


Bu yaxınlarda maraqlı məlumat oxudum: Niderlandın Utrext Universitetinin alimləri belə bir nəticəyə gəliblər: şimpanzelər yeni sübutlarla qarşılaşdıqda fikirlərini dəyişdirə bilirlər.

Yəni, səhv etdiklərini anlayır, yeni məlumat əsasında qərarlarını yenidən formalaşdırırlar. Bu, rasionallığın, yəni məntiqli düşünmənin ən sadə tərifidir.
Ağlıma gələn ilk sual bu oldu ki, əgər meymun belə bunu bacarırsa, bəs niyə biz, “yaradılışın əşrəfi” sayılan insanlar fikir dəyişdirmirik, zehnin sərt qəliblərindən çıxa bilmirik?
İnsan zehni qəribə mexanizmdir: bir dəfə bir fikrə inananda, o fikir artıq bir inanca çevrilir. Biz onu müdafiə etməyə başlayırıq, hətta dəlillər əleyhimizə olsa belə.

Çünki səhv etdiyimizi qəbul etmək, içimizdəki “yanılmaz mən” obrazını sarsıdır.
Sosial şəbəkələrdə hər gün bunun minlərlə nümunəsini görürük. Kimisə yanlış məlumatla üzləşdirirsən, amma o, “bəlkə səhv etmişəm” demək əvəzinə, daha çox arqument axtarır, daha çox link paylaşır, daha yüksək səslə qışqırır.

Müdafiə etdiyi də həqiqət- filan deyil, öz zavallı eqosudur.
Elm sübut etdi ki, şimpanzelər daha güclü sübutla qarşılaşanda əvvəlki inanclarını dəyişdirirlər. Biz isə çox vaxt faktları öz fikrimizə uyğunlaşdırırıq, yəni həqiqəti büküb şəxsiyyətimizin formasına salmağa hazırıq, təki komfort zonamızdan bircə addım da uzaqlaşmayaq.
Bunun altında yatan bir səbəb də dəyişiklik və yenilik qorxusudur. Fikir dəyişmək insan üçün zəiflik əlamətidir. “Sən dünən başqa cür deyirdin!” ifadəsi sanki bir ittiham kimi səslənir. Amma axı düşünmək elə bu deməkdir – “böyüdükcə”, oxuduqca, öyrəndikcə fikrini yeniləmək və bütövlükdə yenilənmək.
Bundan ötrü təzədən hansısa teorem isbat etməyə də gərək yoxdur, bir az təbiilik, bir az həyatın axışına , bir az da özünə güvənmək yetərlidir. Məsələn, şimpanze bunu təbii şəkildə edir: buna görə eqo savaşı da yoxdur, banan davası da, çox sadə - dəlil dəyişibsə, qərar da dəyişməlidir.
Bu bioloji məntiqlə, deməli, Darvinin əcdadı bizdən çox daha “ağlabatan” davranır. Biz isə bəzən ideyalarımızı dinə çeviririk, dəyişməz “doğrular” düzəldirik və onlara sitayiş edirik.

Sonra da hünərin var – bu dini, mental, sosial fikir qəliblərini dəyişməyənlərə kənarda da başqa bir doğrunun ola biləcəyi ehtimalını söylə. Biri cəhənnəmi, biri “camaat nə deyər”, “mənim inandığım düzgündür, sən kafirsən”, “bizim vaxtımızda...” "silah"larını əllərinə alıb başlayacaqlar səni qovalamağa... Tutdularsa, vay halına...
Bəli, fikir dəyişmək də mədəniyyətdir və biz hələ bunu öyrənə bilməmişik.
Fikir dəyişmək xəyanət deyil, bu, intellektual elastikliyin göstəricisidir. Yeni sübutu qəbul etmək cəsarət, mənəvi güc tələb edir, “haqlıyam” demək asandır, amma “bəlkə yanılıram” demək üçün eqonu bir kənara qoymaq lazımdır.
Təəssüf ki, bəziləri üçün fikirlər və inanclar beton kimidir, bir dəfə şüuraltlarının təməlinə tökülüb və onun üstündə ömür binalarını inşa edirlər. Halbuki dünya dəyişir, bilik genişlənir, elm dərinləşir.
Əgər şimpanzelər belə dəyişməyi bacarırsa, biz hansı mənəvi təkamül mərhələsində ilişib qalmışıq, görəsən?
Zehni çeviklik insanı insan edən əsas xüsusiyyətlərdən biridir. Amma biz bəzən “haqlılıq illüziyası” uğrunda onu qurban veririk. Öz fikirlərimizin əsirinə çevrilirik və azad olduğumuzu zənn edirik. Fakt qarşısında əsəbləşirik, dil-dodağımızı gəmiririk, zəncir çeynəyirik. Fikir dəyişdirmək insanı kiçiltmir, zehnin sərhədlərini genişləndirir, mənəvi olaraq böyüdür.
Gülməli və paradoksal olan odur ki, fakt qarşısında fikrini dəyişən, həqiqətə başqa rakursdan yanaşa bilən, zehni baxımdan daha elastik davrana bilən şimpanzeləri alçaldıcı şəkildə “meymun” adlandırırıq.

Halbuki özünü təkamülün yuxarı pilləsində sayan və köhnə fikir kəndirlərindən inadla yapışıb əlləri qan içində olsa belə, buraxmaq istəməyənlərin bəlkə də hərdən bir azca şimpanze kimi “düşünməsi” onları daha çox insan edə bilər. Bir atalar sözündə olduğu kimi - meymunun dili olsa, deyər ki, meymun özünsən...

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi "Məmurların, mollaların səslərini yazmışam" - Onu İrandan niyə qovublar? - Eksklüziv müsahibə Pikassonun tablosundakı qadın kimdir?
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://kulis.az
archiveBu xəbər 06 Noyabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see543

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see532

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see528

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see473

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see447

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see431

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see352

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see340

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see324

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see319

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see311

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see306

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see294

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see293

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see292

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see292

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see292

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see278

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see276
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri