Icma.az
close
up
RU
“Meyvəyə dəymə” deyən molla Namiq Qaraçuxurlunun qardaşı imiş FOTO

“Meyvəyə dəymə” deyən molla Namiq Qaraçuxurlunun qardaşı imiş FOTO

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

"Mən aktyor sənətinin təhsilini almamışam. Amma uşaqlıqdan, məktəb vaxtlarımdan bu sənətə həvəsim olub. Sənədlərimi universitetə vermək istədim, amma Birinci Qarabağ müharibəsi başladı. Ona görə də hərbi xidmətə gedəsi oldum. Düşünürdüm ki, vətənin çətin günündə mən yalnız onu qorumalıyam, sənətlə məşğul ola bilmərəm. Hərbidən qayıdandan sonra heç bir həvəs qalmadı. Əlbəyaxa döyüş növü üzrə müəllim işlədim. İdmanla məşğul idim".

Milli.Az xəbər verir ki, bunu Medianews.az-a açıqlamasında aktyor Anar Şükürov deyib.

O daha sonra bu sənətə təsadüfən gəldiyini bildirib:

"Aktyor olmazdan öncə şəxsi biznesimlə məşğul olurdum. 2017-ci ildə aktyor Cövdət Şükürov, rejissor Anar Əliyevin dəstəyi ilə Atv-də yayımlanan "Ögey ana" serialında çəkildim. Daha sonra "Təhminə və Zaur", "Könül yarası" seriallarında rol aldım. Emil Quliyevin "Sonuncu Pərdə" filmindəki molla obrazı ilə məşhurlaşdım. Orada işlətdiyim "meyvəyə dəymə" ifadəsi bütün sosial şəbəkələrdə yayıldı. Bundan sonra bir sıra serial və filmlərə, "Komedixana"-ya dəvət aldım.

Mənə bu sahədə dəstək olan insanların hər birinə təşəkkür edirəm. Gec də olsa arzularım həyata keçməyə başladı. Bir çoxları deyirdi ki, bu sənətin təhsilini də al. Əlbəttə ki, vaxtında istərdim, amma artıq yaşım o yaş deyil. Bu yaşımda əlbəttə ki, parta arxasında otura bilmərəm.

Böyük sənətkarlarla tərəf müqabili oluram, onlardan çox şey öyrənirəm. Hətta efir vasitəsilə də izlədiyim aktyorlardan çox şey götürürəm. Həm dram, həm də komik rollarda çəkilirəm. Hər ikisi məndə yaxşı alınır".

Anar Şükürov bildirib ki, o meyxanaçı-müğənni Namiq Qaraçuxurlunun doğma qardaşıdır. Lakin heç vaxt onun adından istifadə etməyib:

"Namiq mənim təkcə qardaşım deyil, həm də fəxrimdir. Məndən 3 yaş kiçik olsa da başımın tacıdır. Elə bilmişəm ki, mən kiminsə yanında desəm ki, Namiq Qaraçuxurlunun qardaşıyam, o fikirləşər ki, mən yekəxanalıq edirəm, adından istifadə edirəm. Mən onları bacaran insan deyiləm. İndiyə qədər də Namiqin adını çəkməməyim sırf bununla bağlıdır. Adamlar var ki, bir balaca işıq üzü görünən kimi o dəqiqə yararlanırlar. Bu adamlara fürsətcil insan deyirlər. Namiqin qardaşı olmağımı efirdə Mətanət Əliverdiyeva və Elcan Rəsulov deyiblər".

Anar Şükürov deyir ki, qardaşı ilə çox gözəl münasibəti var. Hətta ilk debütünü onun klipində edib:

"Namiqlə bizim çox yaxşı münasibətimiz var. Onun prodüseri mənim oğlum İlkindir. İşlərimizlə əlaqədar olaraq tez-tez görüşə bilməsək də, danışırıq da, vaxtaşırı görüşürük də. Bəlkə də hansısa seriala yaxud filmə məni Namiqə görə çağırıblar. Amma mən bunu bilməmişəm. Birinci dəfə Namiqin "Papanın gül balası" klipində çəkilmişəm. Elə ilk dəstəyi də mənə Namiq göstərib.

Hətta oğlum da həmin klipdə rol alıb. O vaxt "Ay Zaur" verilişində bir neçə dəfə Namiqlə birlikdə çıxış etmişəm. Bir yerdə görünməyimiz qətiyyən problem deyil. İlk dəfə seriala çəkiləndə də Namiqdən məsləhət almışam. Mənə deyib ki, bacarırsansa çəkil, bacarmırsansa bu sənətlə məşğul olma. Sonra özü də baxıb, deyib ki, əladır, davamı gəlsin. O mənə desəydi ki, çəkilmə, o dəqiqə imtina edərdim. Namiq 100 ölçüb, bir biçən insandır. Heç vaxt anında nəyisə deməz, düşünüb-daşınar, sonra deyər".
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 Aprel 2025 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri