Icma.az
close
up
RU
“Meyxananın müdafiə naziri”, yoxsa “neqodnu xiridar”?

“Meyxananın müdafiə naziri”, yoxsa “neqodnu xiridar”?

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xüsusilə son vaxtlar mütəşəkkil şəkildə meyxananın müdafiəsinə qalxan Kərim abi, açığı, olduqca qəribə şeylər danışır. Ancaq gəlin, bu danışıqlara bir Saffariyanə nəzər salaq.

Bərk durun, getdik.

Əvvəlcə hamıya onu da demək istəyirəm ki, içi Kərim qarışıq kimsə kiməsə “Gündəm üçün meyxanaya sataşır” deyirsə, səhv edir.

Sözsüz, səhvin böyüyü də Kərimin payına düşür. Ümumiyyətlə, bu söz özü mənasız meyxana təfəkkürüdür. Dərinə gedəndə isə müzakirə edilən hər şey gündəm üçündür və bunu ayıb bir iş imiş kimi deməyin özü ayıbdır. Üstəlik, gündəmə meyxanaçıdan çox işləyən kim var? O mənasız trendlər, damara işləyən bəndlər nə üçündür bəs?

Qısa və konkret: Yaradıcı adama bu cür irad bildirmək ən yaxşı halda cahillikdir.

Keçək əsas məsələyə.

Ümumiyyətlə, Kərim abi meyxana deyə bilmir deyə, ona “Meyxananın müdafiə naziri” deyirlər. Kimsə Kərim abinin yaxşı meyxana deyə bilən olduğunu iddia edirsə, zəhmət olmasa, iddiasını da götürüb studiyanı tərk eləsin. Başım əlavə səs götürmür.

Ancaq fərz etsək ki, Kərim həqiqətən müdafiə naziridir, ondan nə İsgəndər Həmidov olar, nə də Zakir Həsənov. Yaxşı olar ki, Kərim bu “post”dan xoşluqla gözünü çəksin, vətəndaş müharibəsi qalxmasın, demokratiya gəlsin meyxana meydanına. Çünki özünə də ziyandır, eyni zamanda vəzifə çox vaxt yaradıcılığı öldürür.

Birmənalı şəkildə Kərim abi özü “Müdafiə naziri” ləqəbindən qurtulmalıdır. İmkan verməməlidir ki, kimlərsə onu bu cür təqdim etsin, bilməyərək də olsa aşağılasın. Başqa yol olsaydı, əmin olsun, onu da deyərdim. Hələlik isə budur. Təbii ki, nə vaxtsa meyxana deyən olmaq istəyirsə qurtulmalıdır. Ancaq bu gedişlə elə ən yaxşı halda meyxanaya qulaq asa-asa özü də meyxana deyə bilən xiridar olaraq qalacaq. Özün öldürə, uzağı meyxanaşünas. Bundan oyana nəsə demək olmaz.

Əgər hansısa yazıçı Kərim ilə əlbəyaxa davaya çıxmırsa, müdafiəyə ehtiyac yoxdur. Müdafiə nədir, qardaş? Sənət müdafiə olunmur. Bunu nə vaxt öyrənəcək bu meyxanaçılar? Ancaq görünür, indilik özünün də xoşuna gəlir. Meyxanaçılar, əksər xiridarlar ona belə yaraşır:

“Bizə beləsi də lazımdır”.

Maraqlıdır, Kərim özü bunu bilmirmi?

Görmürmü söhbətləri bilən adamlar tərəfindən ciddiyə alınmır?

Əlbəttə, Kərimin başda Mehman Əhmədli tərəflər və Günəşliyə yaxın yerlər olmaqla, digər meyxanaçıların çoxundan mədəni səviyyəsi, intellekti daha yüksəkdir. Ancaq gəlin baxaq, Kərim abi doğrudan da intellektualdırmı? Ona hərdən belə də deyirlər axı.

Bəlkə Kərim elə bilir, terminlə danışanda, meyxanada termin deyəndə intellektual olursan? Kərim görmürmü ki, xiridarlar bilmədiyi sözlərə görə ona elə deyir? Meyxanaçı hara, intellektuallıq hara? İntellektual anlayışını bu cür kiçiltməyin mənası nədir?

Kərim heç bilirmi ki, intellektual adam meyxana deməz? Universitet bitirmək, gənc vaxtı bir-iki kitab üzü açmaq nə vaxtdan intellektuallıq sayılıb? Nəinki Kərim, meyxananın intellektuallıqla əlaqəsi ola bilməz. Bir şeydə ki, narkotik, din, kriminal var, adı gələndə yada bunlar düşür, hansı intellektuallıqdan söhbət gedir?

Başqa cür desək, Kərim abi müdafiə naziri yox, “neqodnu” vətəndaşdır.

Kərim özünü hər nə qədər savadlı göstərsə də, təfəkkür olacaq ustadları “Her kümkü meyxanəni begenmir, o elə özü begenilmeyen oğlandu” təfəkküründədir.

Kərim meyxananı müdafiə etməzdən əvvəl özünü müdafiə etsin və inkişaf eləsin. Artıq uzun illərdir meyxana deməsinə baxmayaraq, hələ də Allahın Balaəlisi kimi nə trend ola bilib, nə də başqaları kimi bir ciddi, cəhənnəm, ortabab bəndi var.

Bayağılıq nə olan şeydir ki, Balaəli kimi onu da bacarmayıb? Yaxşı, bayağı ola bilmirsə, niyə ortabab bir meyxanası da yoxdur? Nə vaxt deyəcək?

Təzə başlayanda Kərimə meyxana meydanlarında verilməyən dəstək qalmadı. Rəşad Dağlısına qədər dəstək oldular, meydanlar açıldı üzünə, ancaq bacarmadı. Görünür, olmayanda olmur. 

Kərimdən sonra ortaya çıxan balaca uşaqların hamısı meydan sulayırlar. Ancaq Kərim hələ də toz-tozanaq içindədir. Bəlkə də, Kərim indi “məni gözləri götürmür” levelinə keçib.

Kərim özünə bir neçə sual da verməlidir:

Məsələn, mənə nə gəlib? Niyə digər meyxanaçılar yazıçılara cavab verə bilmir, mən verirəm? Həqiqətənmi ən ağıllı mənəm? Bəlkə məni qabağa verirlər?

Günü bu gün də Kərim meyxana ilə yox, meyxananı müdafiə etməyi ilə yadda qalıb. Ancaq maraqlısı budur, müdafiəni də yaxşı bacarmır.

Odur ki, Kərimi həm real, həm də sənət müstəvisində tanıyan bir adam kimi hələlik ona meyxana deməyi öyrənməyini arzulayaram. Çalışıb həmkarlarının da yerinə danışmasın. Qədrini də bilməyəcəklər. Lazım gəlsə, onlar özləri də danışardılar. Ancaq Kərim var deyə, danışmağı ona tapşırıb, meyxananı da özləri deyirlər.

Üstəlik, Kərimin timsalında digər meyxanaçılar da başa düşməlidir ki, kütlələrinə güvənib danışmaq olmaz. Ümumiyyətlə, bir meyxanaçı bir yazıçı ilə dalaşmaq üçün ya hallı olmalıdır, ya da söhbətləri bilməməlidir.

Kiminsə hallı olduğunu iddia etmək doğru olmaz, ancaq meyxanaçıların söhbətləri bilmədiyi, intellektlərinin olmadığı dəqiqdir.

Yazıçı ilə mübahisə edən, özünü hansısa məqamda yazıçıdan üstün görən, meyxananı ciddi bir sənət hesab edən adam heç vaxt ciddi adam ola bilməz.

Orxan Saffari

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Mart 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri