Məzuniyyət hansı hallarda başqa vaxta keçiriləcək?
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi halları və qaydalarının dəqiqləşdirilməsi təklif olunur.
Modern.az xəbər verir ki, layihəyə əsasən, işçinin təşəbbüsü ilə məzuniyyət onun əmək qabiliyyətini müvəqqəti itirdiyi, sosial məzuniyyətlə üst-üstə düşdüyü və ya işəgötürənin tapşırığını yerinə yetirmək üçün başqa yerə ezam edildiyi hallarda başqa vaxta keçirilə bilər.
Məzuniyyətin işçinin növbəlilik cədvəlində nəzərdə tutulan vaxtda verilməsi istehsalın və ya xidmətlərin normal gedişinə mane ola bilərsə, işəgötürənin təşəbbüsü və işçinin razılığı ilə də vaxt dəyişdirilə bilər. Hərbi vəziyyət dövründə bu, səfərbərlik planlarına uyğun həyata keçirilə bilər.
Layihədə istifadə edilməyən məzuniyyət hissəsinin tərəflərin razılığı ilə növbəti iş ili üçün məzuniyyətə birləşdirilməsi də nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 05 Noyabr 2026 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















