Qardaş ölkədə avtobus qəzası: 11 ölü var
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Pakistanın şərqində sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində azı 11 nəfər ölüb, 33 nəfər yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə polis və xilasetmə xidmətlərinin məlumatlarına istinadən "Dawn" məlumat yayıb.
Bildirilib ki, hadisə Pəncab vilayətinin Pakpattan rayonunda, Depalpur-roud trasında qeydə alınıb. Təxminən üç saat davam edən xilasetmə əməliyyatına canlı qüvvə ilə yanaşı, kranlar və digər ağır texnika cəlb edilib.
Nəşrin məlumatına görə, səkkiz nəfər yüngül xəsarət alıb, 25 nəfər Pakpattandakı rayon xəstəxanasına çatdırılıb.
Pakistan Prezidenti Asif Əli Zərdari həlak olanların ailələrinə başsağlığı verib və yaralananların tezliklə sağalmasını diləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 06 Noyabr 2026 02:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















