Məzuniyyətdən qayıtdıqdan sonra işə necə uyğunlaşmaq olar?
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
Məzuniyyət uzun müddət işləyən insan üçün həm fiziki, həm də psixoloji baxımdan dincəlmək imkanı yaradır. Lakin işə qayıtdıqdan sonra əvvəlki tempə dərhal uyğunlaşmaq hər zaman asan olmur.
AZXEBER.COM xəbər verir ki, mütəxəssislər hesab edir ki, işçinin məzuniyyətdən sonrakı adaptasiya prosesi mərhələli şəkildə təşkil edilməlidir.
İşə qayıdan ilk günlərdə əməkdaşdan bütün işləri əvvəlki sürətlə yerinə yetirməsi gözlənilməməlidir. Xüsusilə uzunmüddətli məzuniyyətdən sonra işçinin gündəlik rejimə, iş yükünə və kollektivə yenidən uyğunlaşması üçün müəyyən vaxt tələb olunur.
Bu prosesdə rəhbərin münasibəti də mühüm rol oynayır. İşçiyə məzuniyyət müddətində baş verən dəyişikliklər, yeni tapşırıqlar və prioritetlər barədə qısa məlumat verilməsi onun işə daha rahat köklənməsinə kömək edə bilər.
İlk günlərdə prioritetlərin müəyyənləşdirilməsi, görüləcək işlərin planlaşdırılması və tapşırıqların tədricən artırılması daha effektiv yanaşma hesab olunur. Eyni zamanda, işçinin məzuniyyətdən qayıtdığı üçün özünü günahkar hiss etməsinə səbəb olacaq münasibətdən də qaçmaq vacibdir.
Mütəxəssislərə görə, işçinin işə qayıtdıqdan sonra özünü rahat və motivasiyalı hiss etməsi həm onun məhsuldarlığına, həm də ümumi iş mühitinə müsbət təsir göstərə bilər.
Şahanə Ziyad
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 26 Avqust 2026 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















