Icma.az
close
up
RU
Micrasoft un yeni layihəsi Həkimə getməyə ehtiyac qalmayacaq

Micrasoft un yeni layihəsi Həkimə getməyə ehtiyac qalmayacaq

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Baş ağrıyırsa, internetdə axtarış edirik, ürəklə bağlı narahatlıq yarananda süni intellektdən soruşuruq, analizlərin nəticələrini başa düşməyəndə isə çat-botlara müraciət edirik. Dünyada milyonlarla insan artıq həkim qəbuluna getmək əvəzinə süni intellektlə məsləhətləşməyə üstünlük verir. Lakin mütəxəssislər bunun müəyyən risklər yaratdığını bildirirlər. Məsələ ondadır ki, adi süni intellekt modelləri internetdə mövcud olan çox böyük həcmdə məlumat əsasında öyrədilir. Bu məlumatların hamısı düzgün, etibarlı və ya aktual olmaya bilər. Nəticədə bəzi tövsiyələr səhv və ya köhnəlmiş tibbi məlumatlara əsaslana bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, "Microsoft" və Mayo Klinikasının mütəxəssisləri səhiyyə sahəsində daha təhlükəsiz və etibarlı süni intellekt sisteminin yaradılması üzərində çalışırlar.

Hazırlanan layihə universal çat-bot kimi deyil, xüsusi olaraq tibb sahəsi üçün yaradılmış süni intellekt modeli kimi nəzərdə tutulur. Sistem Mayo Klinikasının tibbi bilik bazası, klinik təcrübəsi və anonimləşdirilmiş pasiyent məlumatları əsasında təlim alacaq. Məqsəd xəstəliklərin erkən diaqnostikasına kömək etmək, fərdiləşdirilmiş müalicə variantları hazırlamaq və tibbi qərarların keyfiyyətini artırmaqdır.

Yeni modeldə Mayo Klinikasının tibbi ekspertizası ilə "Microsoft"un süni intellekt və bulud texnologiyaları sahəsindəki imkanları birləşdiriləcək. Layihəyə əsasən, süni intellekt modelinin sahibi birbaşa Mayo Klinikası olacaq. "Microsoft" isə sistemi öz Azure platforması vasitəsilə digər səhiyyə təşkilatlarının istifadəsinə təqdim etməyi planlaşdırır.

Hazırlanmaqda olan sistem ilkin mərhələdə Mayo Klinikasının klinik mühitində sınaqdan keçiriləcək. Süni intellektin fəaliyyəti həkimlərin nəzarəti altında yoxlanılacaq, onun verdiyi nəticələrin dəqiqliyi və obyektivliyi qiymətləndiriləcək. Daha sonra model real tibbi ssenarilər əsasında təkmilləşdiriləcək.

Layihə müəllifləri vurğulayırlar ki, yeni sistem həkimləri əvəz etmək üçün yaradılmır. Əsas məqsəd onların işini asanlaşdırmaq, məlumatların təhlilini sürətləndirmək və səhiyyə işçilərinin üzərindəki yükü azaltmaqdır.

ABŞ-ın ən nüfuzlu tibb müəssisələrindən biri hesab olunan Mayo Klinikası uzun illərdir dünyanın ən yaxşı xəstəxanaları siyahısında ön sıralarda yer alır. Klinika xüsusilə onkologiya, kardiologiya və neyrocərrahiyyə sahələrində əldə etdiyi uğurlarla tanınır.

Digər tərəfdən, "Microsoft Corporation" dünyada proqram təminatı istehsal edən ən böyük şirkətlərdən biri hesab olunur və süni intellekt texnologiyalarının inkişafında aparıcı rol oynayır.

Bu arada, tibb işçiləri arasında süni intellektdən istifadənin səviyyəsi də artır. OpenLikar davamlı peşəkar inkişaf platformasının 2026-cı ilin mart-aprel aylarında keçirdiyi sorğunun nəticələrinə görə, iştirak edən həkimlərin 48 faizi iş prosesində vaxtaşırı süni intellekt alətlərindən istifadə etdiyini bildirib. Sorğuda iştirak edənlərin 22 faizi pulsuz süni intellekt xidmətlərindən müntəzəm yararlandığını, yalnız 5 faizi isə ödənişli versiyalardan istifadə etdiyini qeyd edib.

Sorğunun nəticələrinə əsasən, həkimlərin 54 faizi mürəkkəb klinik hallarda biliklərin yoxlanılması üçün süni intellektdən istifadənin faydalı olduğunu düşünür. Bununla yanaşı, respondentlərin 32 faizi belə sistemlərin praktik əhəmiyyətinə şübhə ilə yanaşır. Təxminən 10 faiz iştirakçı isə hesab edir ki, süni intellektdən həddindən artıq istifadə həkimlərin peşəkar bacarıqlarının zəifləməsinə səbəb ola bilər.

Mütəxəssislər qeyd edirlər ki, insanlar artıq simptomların qiymətləndirilməsi, analiz nəticələrinin izahı və qidalanma ilə bağlı məsləhətlər almaq üçün süni intellektə tez-tez müraciət edirlər. Bununla belə, onlar xəbərdarlıq edirlər ki, süni intellekt faydalı köməkçi vasitə olsa da, canlı həkimin yerini tam şəkildə tuta bilməz. Xəstəliyin düzgün diaqnozu və müalicə planının hazırlanması üçün peşəkar tibbi müayinə hələ də əvəzolunmaz hesab olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://lent.az
archiveBu xəbər 06 İyun 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri