Icma.az
close
up
RU
Microsoft un baş direktoru qlobal infrastrukturlar üçün qeyri sabitlik dövrünün yaxınlaşdığını bildirib

Microsoft un baş direktoru qlobal infrastrukturlar üçün qeyri sabitlik dövrünün yaxınlaşdığını bildirib

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Microsoft-un baş direktoru Satya Nadella, rəqəmsal xidmətlərdəki son fasilələrdən sonra qlobal infrastrukturlar üçün uzun bir "qeyri-sabitlik" dövrünün yaxınlaşa biləcəyini söyləyib.

New York Times tərəfindən təşkil edilən DealBook Zirvəsində çıxış edən Nadella, son rəqəmsal kəsintilərlə bağlı açıqlamalar verib.Nadella, süni intellekt vasitələrinin kibertəhlükəsizlik zəifliklərini "başgicəlləndirici sürətlə" aşkarladığını və şirkətlərin bu zəifliklərin istismarının qarşısını almaq üçün "təhlükəsizlik yamaları" hazırlayıb dərhal yerləşdirməli olduqlarını bildirib.

Nadella, bu sürətin şirkətlərə təhlükəsizlik yamalarını sınaqdan keçirmək üçün əvvəlkindən daha az vaxt qoyduğunu və bunun kifayət qədər sınaqdan keçirilməmiş səhv yeniləmələrin yayımlanmasına səbəb ola biləcəyini qeyd edib.

Satya Nadella bildirib ki, süni intellekt təhlükəsizlik zəifliklərini effektiv şəkildə aşkar etdikdə, onlayn sistemlər "dövlət tərəfindən dəstəklənən hücumçuların onları daim hədəf alması qədər güclü" bir təhlükə ilə üzləşə bilər.O, bunun sistemləri daha həssas edə biləcəyini və problemin nəqliyyat, istilik və soyutma kimi fiziki infrastrukturlarda daha da mürəkkəbləşə biləcəyini qeyd etdi ki, bu infrastrukturları yeniləmək daha çətindir, lakin internetdən asılıdır.

Nadella kiberhücumçular və bu hücumlara qarşı mübarizə aparanlar arasında rəqabətin necə "balanslı" olacağına şübhələrini ifadə edərək, qlobal infrastrukturlarda uzun bir "qeyri-sabitlik" dövrünün üfüqdə ola biləcəyi barədə xəbərdarlığını bildirib.

Bu yaxınlarda ABŞ-da Microsoft, Apple və United Airlines kimi şirkətlərin, eləcə də federal agentliklərin rəqəmsal sistemlərində müxtəlif texniki fasilələr yaşanıb. Outlook, Teams və Copilot kimi Microsoft xidmətlərinə təsir edən qlobal nasazlıq istifadəçilərin e-poçt və biznes alətlərinə daxil olmaqda problemlər yaşamasına səbəb olub, ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) hava nəqliyyatının idarə edilməsi sistemindəki rabitə problemləri isə ölkə daxilində uçuşların bir neçə saatlıq dayandırılmasına və çoxsaylı uçuşların pozulmasına səbəbdir.

United Airlines şirkətinin uçuş idarəetmə sistemində uzun müddət davam edən fasilə təxminən 150 uçuşun gecikməsinə səbəb olub. Və ABŞ-ın ən böyük banklarından biri olan JPMorgan Chase-də proqram təminatında baş verən xəta bəzi müştərilərin onlayn bank xidmətlərinə və pul köçürmə sistemlərinə çıxışını dayandırıb.

Apple şirkətində daxili yeniləmədən qaynaqlanan problemlər App Store, Apple Music, AppleCare, iCloud və Apple Pay xidmətlərinə təsir etdi, Milli Təhlükəsizlik Agentliyinin (NSA) daxili məxfi rabitə şəbəkəsi də planlaşdırılan təmir işləri zamanı müvəqqəti olaraq sıradan çıxıb.

M.MİRZƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Noyabr 2026 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see364

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see341

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see330

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see275

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see274

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see252

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see239

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see234

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see234

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see224

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see222

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see218

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see208

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see207

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see207

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see190

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see188

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see187

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri