Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşüb
Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçlə görüşüb.
Missiya.Az xəbər verir ki, bu barədə nazir özü "X" sosial şəbəkə hesabında paylaşım edib.
“Azərbaycanda güləşin inkişafı üçün görülən işləri qeyd etdik, gənc istedadların yetişdirilməsi, idmançılarımızın peşəkarlığının və beynəlxalq uğurlarının daha da artırılması ilə bağlı əməkdaşlığın inkişafını müzakirə etdik. Dünya Güləş Birliyinin qrapplinq, pankration və həvəskar MMA üzrə yeni yaradılan vahid komitəsinin rəhbərliyində Azərbaycan Güləş Federasiyasının təmsil olunmasının ölkəmizin güləş idmanına göstərilən yüksək etimadın göstəricisi olduğunu vurğuladıq” , - deyə AGF rəhbəri söyləyib.
Dünya Güləş Birliyinin (@wrestling) prezidenti Nenad Laloviçlə görüşməkdən məmnun olduq.#Azərbaycan-da güləşin inkişafı üçün görülən işləri qeyd etdik, gənc istedadların yetişdirilməsi, idmançılarımızın peşəkarlığının və beynəlxalq uğurlarının daha da artırılması ilə bağlı… pic.twitter.com/y75iGTzddI
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 11, 2024
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 11 Dekabr 2024 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















