Mikayıl Cabbarov güləşçimizi təbrik edib FOTO
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Xorvatiyanın Zaqreb şəhərində keçirilən dünya çempionatında güləş üzrə medal qazanan millimizin üzvünü təbrik edib.
Gununsesi.info xəbər verir ki, o bu barədə özünün “X” hesabında paylaşım edib:
“Xorvatiyanın Zaqreb şəhərində keçirilən dünya çempionatında güləş üzrə millimiz uğurlarını davam etdirir.
Milli komandanın təcrübəli üzvü, sərbəst güləşçimiz Osman Nurmaqomedov (92 kq) bürünc medal qazanıb. Karyerasında 4-cü dəfə dünya çempionatında fəxri kürsüyə qalxan güləşçimizi, məşqçilərimizi və idmançımızın ailə üzvlərini təbrik edirik. İnanırıq ki, Osman gələcək yarışlarda daha yüksək əyarlı medallarla bizi qürurlandıracaq”.
Baxış sayı:78
Bu xəbər 16 Sentyabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















