Mikayıl Cabbarov: Tərəfdaşlıqları yeni investisiyalara çevirməyi hədəfləyirik
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
"Azərbaycan uzunmüddətli tərəfdaşlıqları yeni investisiyalara çevirməyi hədəfləyir".
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çıxışı zamanı bildirib.
O vurğulayıb ki, 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanan "Əsrin Müqaviləsi" Azərbaycan ilə dünyanın aparıcı enerji şirkətləri arasında güclü əməkdaşlıq modelini bərqərar edib:
"Artıq üç onillikdən çoxdur ki, tərəfdaşlarla əl-ələ verib çalışaraq, biz yalnız öz ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verməmişik, həm də regionda və onun hüdudlarından kənarda bir sıra ölkələr üçün etibarlı enerji təchizatçısı kimi çıxış edirik. Uzunmüddətli tərəfdaşlıqlar yeni investisiya və təkrar investisiyalar yaratmağa davam edir. Ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin əksəriyyəti mənfəətlərini yenidən bura yatırmağı seçirlər".
Çıxışda həmçinin qlobal iqtisadi çağırışlara toxunan iqtisadiyyat naziri bildirib ki, son altı ilin təcrübəsi – pandemiya, daşınma axsamaları və geopolitik gərginliklər təchizat zəncirinin davamlılığının və etibarlı tərəfdaşlığın önəmini bir daha göstərib: "Azərbaycanın məqsədi məhz uzunmüddətli tərəfdaşlıq vasitəsilə qazanılmış etimada əsaslanaraq regionlararası əlaqələri möhkəmləndirməkdir".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:114
Bu xəbər 25 Sentyabr 2026 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















