Mikayıl Cabbarov yeni qərar imzaladı
Icma.az, Metbuat portalına istinadən məlumat yayır.
İqtisadiyyat Nazirliyinin Kollegiyası "İnvestisiya layihələri üzrə icra planının forması"nı təsdiqləyib.
Metbuat.az xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri, nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.
Qərara əsasən, həmçinin "Layihə konsepsiya sənədinin forması", "Texniki-iqtisadi əsaslandırmanın xülasəsi və icmalının forması" və "İcradan əvvəlki son nəzarət prosedurunun forması" təsdiqlənib.
Qərar Prezident İlham Əliyevin 20 dekabr 2024-cü il tarixli "Dövlət investisiya proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" fərmanının icrasını təmin etmək məqsədilə verilib.
Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 28 Oktyabr 2025 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















