Mikayıl Cabbarovdan güzəştli kredit alan sahibkarlıq subyektləri ilə bağlı paylaşım
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
"2024-cü ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kredit alan sahibkarlıq subyektlərinin sayı ötən illə müqayisədə 74.7% artaraq 5.722-yə çatıb. Maliyyələşdirilən layihələrin böyük əksəriyyəti - 94.7%-i regionların payına düşür".
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" sosial şəbəkəsindəki hesabında bildirib:
"İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar həmçinin zəmanət-subsidiya mexanizmindən faydalanırlar. Bu mexanizm Qarabağ və Şərqi Zəngəzurda sənaye , xidmət, turizm və kənd təsərrüfatı sahələrində müxtəlif layihələrin reallaşdırılmasını təşviq edib. Sahibkarlığın inkişafına dövlət dəstəyi ölkəmizdə kiçik və orta biznesin inkişafını, məşğulluğun artmasını və işğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivliyin bərpasını sürətləndirir!"
2024-cü ildə Sahibkarlığın İnkişafı Fondu (@sahibkarliq) tərəfindən #güzəştlikredit alan sahibkarlıq subyektlərinin sayı ötən illə müqayisədə 74,7% artaraq 5.722-yə çatıb. Maliyyələşdirilən layihələrin böyük əksəriyyəti - 94,7%-i regionların payına düşür. İşğaldan azad edilmiş… pic.twitter.com/K9egSY4xcf
— Mikayil Jabbarov (@MikayilJabbarov) February 5, 2025
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 05 Fevral 2025 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















