Mikels Azərbaycandan ayrıldı Yeni klubu…
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
“Karvan-Yevlax”ın hücumçusu Coy Slayd Mikels karyerasını Maltada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, Maltanın “Hibernians” klubu Ruanda millisinin üzvü olan 32 yaşlı forvardın transferini rəsmən açıqlayıb.
Mikels ötən mövsüm “Karvan-Yevlax”ın heyətində Azərbaycan çempionatında 17 oyuna çıxaraq 4 qol vurub. O, həmçinin Azərbaycan Kubokunda da 1 qolla yadda qalıb.
Almaniyada “Borussiya Münhenqladbax” akademiyasından yetişən futbolçu karyerası ərzində İsveçrə, Norveç və Almaniyada müxtəlif klubların formasını geyinib. Mikels ötən ilin avqustunda “Karvan”la birillik müqavilə imzalamışdı.
Qeyd edək ki, o, "Sabah"ın forvardı Coy Lens Mikelsin qardaşıdır.
Kamil Xudiyev
Bu mövzuda digər xəbərlər:Azərbaycandan ayrıldı, ABŞ klubu ilə anlaşdı FOTO
03 May 2026 16:25
Fernando Santuş Azərbaycandan ayrıldı
29 Noyabr 2024 01:43
Juninyo Azərbaycandan ayrıldı Son dəqiqə
12 Yanvar 2025 14:32
Mikels komandadan ayrıldı SON DƏQİQƏ
05 İyun 2026 12:00
Azərbaycandan ayrıldı, Asiya təmsilçisi ilə anlaşdı
19 İyun 2025 13:47
Baxış sayı:121
Bu xəbər 13 Avqust 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















