Mikrodalğa dronlara qarşı: Böyük Britaniya gələcəyin müharibə texnologiyasını test edir
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Böyük Britaniya dronlara qarşı mikrodalğalı silahı sınaqdan keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
“Rapid Destroyer” adlı mikrodalğalı silah sistemini sınaqdan uğurla keçib. Bu sistem düşmənin dronlarını yandırmaq və ya sıradan çıxarmaq üçün nəzərdə tutulub. Son sınaqlar zamanı sistem səkkiz drondan ibarət iki “qoşunu” neytrallaşdırıb və ümumilikdə 100-dən çox dron məhv edilib.
“Rapid Destroyer” dronların elektronikasını 1 kilometr məsafədən söndürmək və ya sıradan çıxarmaq üçün güclü radio tezliyindən istifadə edir. Bu qurğu eyni anda bir neçə dronu vura bilən enerji şüası buraxır. Sistem yük maşınının yük bölməsində daşınır və işləməsi üçün böyük enerji tələb edilir.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 17 Aprel 2025 21:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















