Mikrofon prezidentin üzünə dəydi, jurnalisti hücumda günahlandırdı Video
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Argentina Prezidenti Xavyer Miley ölkənin “C5N” telekanalının jurnalistini ona hücum etməkdə günahlandırıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hadisə Miley seçki məntəqəsindən çıxarkən qeydə alınıb və telekanalın efirində canlı yayımlanıb.
Ölkə mediasında yayılan görüntülərə əsasən, jurnalist mikrofonu Argentina liderinin üzünə çox yaxınlaşdırıb və mikrofon onun burnuna toxunub. Bu, Mileyin narazılığına səbəb olub və o, jurnalistə etiraz edərək “Məni bilərəkdən vurdunuz?” deyə soruşub.
Telekanalın aparıcısı isə canlı yayımda həmkarına dəstək olaraq, mikrofonun yumşaq hissəsinin prezidentin üzünə bəydiyini qeyd edib.
Qeyd edək ki, mayın 18-də Buenos-Ayresdə yerli hakimiyyət orqanlarına seçkilər keçirilib. Mileyin “La Libertad Avanza” partiyası hazırda aşağı palatada yerlərin 15, Senatda isə 10 faizinə sahibdir.
Baxış sayı:101
Bu xəbər 19 May 2025 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















