Icma.az
close
up
RU
Mikromobil xaos: Skuter həyatımıza necə daxil oldu, amma...

Mikromobil xaos: Skuter həyatımıza necə daxil oldu, amma...

Icma.az, Azpost saytına istinadən bildirir.

Son illərdə şəhər mühitinə uyğunlaşdırılmış mikromobil nəqliyyat vasitələri – xüsusilə elektrik skuter və velosipedlər – qısa məsafələr üçün əlverişli alternativ kimi geniş yayılıb.

AzPost xəbər verir ki, artıq Bakı da daxil olmaqla bir sıra şəhərlərdə bu vasitələrə xüsusi zolaqlar və parklanma yerləri ayrılıb. Lakin məsələ yalnız texniki infrastrukturla bitmir – istifadəçi mədəniyyəti bu inkişafın əsas dayağı olmalıdır.

Problem ondadır ki, bu nəqliyyat vasitələrindən istifadə edənlərin əksəriyyəti onlara sanki şəxsi əmlakları kimi davranmır. Kirayə götürülmüş skuter və velosipedlərin səkilərdə nizamsız şəkildə atılması adi hala çevrilib. Bəzi hallarda isə bu vasitələr yolun ortasında, piyada keçidlərində və ya yaşayış binalarının girişində qoyulur. Bu isə həm piyadaların hərəkətini məhdudlaşdırır, həm də şəhər estetikasına xələl gətirir.

Daha təhlükəlisi isə bu nəqliyyat vasitələri ilə səkidə hərəkət edilməsidir. Səkilər piyadalar üçündür – və bu məkanlarda yüksək sürətlə hərəkət edən skuter sürücüləri qəzaya səbəb ola bilər. Təsəvvür edin ki, arxasınca xəbərsizcə gələn bir skuterin təsirinə məruz qalan piyada bir addımla hansı təhlükəyə düşə bilər.

Hələlik bu məsələdə hüquqi boşluqlar da qalır. İctimai narahatlıq yaradan belə hallarda hansısa cərimə və ya inzibati tədbirin tətbiq olunub-olunmadığı qeyri-müəyyəndir. Halbuki İnzibati Xətalar Məcəlləsində piyadaların hərəkətinə mane olmağa görə məsuliyyət nəzərdə tutulur. Eyni zamanda, skuter və velosiped icarəsi təklif edən şirkətlərin də istifadəçilərə qarşı daxili cərimə mexanizmləri tətbiq etməsi mümkündür.

Mikromobil nəqliyyatın şəhər həyatına inteqrasiyası düzgün mədəniyyət və nəzarət olmadan mümkün deyil. Bu nəqliyyat vasitələri yalnız sürətli və rahat deyil, həm də məsuliyyət tələb edən texnologiyalardır. Əgər bu məsuliyyəti bölüşmək istəmiriksə, bu sahədə edilən bütün irəliləyişlər nəticəsiz qalacaq.

Skuter və velosipedlər şəhərləri daha yaşıl və rahat edə bilər – amma yalnız o halda ki, hərəkət və dayanma qaydaları da eyni sürətlə inkişaf etsin.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:380
embedMənbə:https://azpost.info
archiveBu xəbər 30 May 2025 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri