Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

“Milan” əzəli rəqibinin “trebl” planını darmadağınla pozdu!

“Milan” əzəli rəqibinin “trebl” planını darmadağınla pozdu!

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Aprelin 23-24-də İtaliya kubokunda yarımfinalın cavab oyunları keçirildi.

Əlbəttə, Milan klublarının bu mərhələdə bir-birinə rəqib olması cəlbedici görünsə də, buna təəssüflənənlər də az deyildi. Hər necə olsa, finala lombardiya təmsilçilərindən yalnız biri çıxacaqdı ki, buna “Milan” nail oldu.
Qeyd edək ki, reqlamentə əsasən, turnirin yarımfinalına qədər olan bütün mərhələlərin qalibləri biroyunluq mübarizə nəticəsində müəyyən edilib. Mövsümün həlledici mərhələsində azarkeşlərini yalnız bu ilin əvvəlində ölkə superkubokunu qazanmaqla sevindirən “Milan”dan “futbol ili”ni üç kubokla başa vurmaq şansını saxlayan “İnter”ə qarşı daha bir hünər göstərmək tələb olunurdu.
Məsələ ondadı ki, “qırmızı-qaralar” Stefano Pyolinin baş məşqçi vəzifəsindən istefaya göndərilməsindən sonra “qara-göylər”ə qarşı müxtəlif turnirlərdə keçirdikləri 4 oyunda 2 qələbə və 2 heç-heçəyə nail olmuşdular. Halbuki Pyolinin baçılığı altında keçən əvvəlki 6 (!) derbidə “İnter” qalib gəlmişdi. Serjio Konseysaonun yanvarda “Milan”ın başındakı ikinci sınağında əzəli rəqibi 3:2 hesabıyla məğlub edərək superkuboku qazandığını xüsusi xatırladaq. Ölkə kubokunun aprelin 2-də keçirilən ilk oyununda (1:1) qalibin müəyyənləşməməsi cavab görüşünə marağı daha da artırmışdı.
Xatırladaq ki, “İnter” cari mövsümün 4-cü derbisinə çox sayda itki ilə çıxmışdı. Onda Simone İnzaqinin ilk dəqiqələrdən meydana çıxardığı heyət “Milan” üçün bir qədər əlverişli sayılmış və əzəli rəqiblər qollu “sülh”ə razılaşmışdılar.
Son oyunların statistikasına baxmayaraq, cavab görüşünün də favoriti “İnter” hesab olunurdu. A seriyasında ardıcıl 2-ci çempionluğa doğru addımlayan İnzaqinin komandası 1-ci yerdə olarkən, “Milan” liderdən 20 (!) geri qalmaqla 9-cu yeri tutur. Amma futbolda mövcud olan məşhur deyimlərdən birində derbi xarakterli oyunlarda rəqiblərin turnir cədvəlindəki mövqeyinin çox da vacib göstərici sayılmadığı vurğulanır. “Milan” cari mövsümdə bu fikri növbəti dəfə təsdiqlədi.
Doğrudu, ilk hissə Konseysaonun komandası üçün çətin keçdi. Matça fəal başlayan “İnter”in hesabı açmaq üçün bir neçə real imkanı oldu. Lakin derbidə top ilk dəfə məhz bu komandanın qapısında göründü: 36-cı dəqiqədə Alexandro Ximenesin ötürməsinə reaksiya verən Yoviç hesabı açdı. O, fasilədən az sonra ikinci qolu vurmaqla “qara-göylər”in işini daha da çətinə saldı. Üç turnirdə mübarizə aparması səbəbindən oyunların sıxlığından əziyyət çəkən “İnter”in oyunçularının getdikcə yorulduğu hiss olunurdu. Bundan maksimum yararlanan “qırmızı-qaralar” son dəqiqələrdə 3-cü qolu da vurdular.
Beləliklə, “Milan” əzəli rəqibinin “trebl” planını darmadağınla pozdu!
Yarımfinalın digər cütündə qalibin kimliyi böyük ölçüdə ilk matçda məlum olmuşdu. Empolidə üç cavabsız qol vuran “Bolonya” eyniadlı rəqibini evdə də məğlub etdi – 2:1. Final mayın 14-də Romada keçiriləcək.
yarımfinal, cavab oyunları
İnter - Milan 0:3 (ilk oyun - 1:1)

Yoviç, 36; 49. Reynders, 86.
İnter: X.Martines, Darmian (Korrea, 83), Bissek, De Vrey, Bastoni, Dimarko (Zalevski, 54), Barella (Frattezi, 54), Asllani (Çalhanoğlu, 54), Mxitaryan, Taremi (Arnautoviç, 54), L.Martines.
Milan: Menyan, Ernandes (Bertezaqi, 87), Qabbya (Tiav, 59), Tomori, Pavloviç, A.Ximenes, Fofana, Reynders (Feliş, 87), Pulişiç (Loftus-Çik, 78), Leao, Yoviç (Abraham, 78).
Bolonya - Empoli 2:1 (3:0)
Fabbian, 7. Dallinqa, 86 – Kovalenko, 33.
Bolonya: Ravalya, De Silvestri, Beukema, Lukumi (Erik, 46), Likoyannis, Moro, Fröyler (Əl-Azzuzi, 82), Orsolini (Dominges, 46), Fabbian (Pobeqa, 72), Kambyaqi (Pedrola, 72), Dallinqa.
Faktlar
* “Milan” 14-cü, 2017/18 mövsümündən sonra isə ilk dəfə finala çıxdı. Hesabında 5 titul olan komanda ölkə kubokunu sonuncu dəfə 2003-cü ildə qazanıb.
* “Milan” 2007/08 mövsümündən sonra ilk dəfə ikinci finala vəsiqə qazandı. Komanda onda Karlo Ançelottinin başçılığı altında Klublararası Dünya Çempionatının son oynunda “Boka Xuniors”a, Avropa Superkubokunda isə “Sevilya”ya qalib gəlib.
* “Milan” cari mövsümdə baş tutan 5-ci derbidə 3-cü qələbəsini qazandı. Qalan iki matç heç-heçə nəticələnib.
* “Milan” bir mövsüm ərzində üçüncü dəfə 3 derbidə qələbə qazandı. “Qırmızı-qaralar” bundan əvvəl 1971/72 və 2004/05 mövsümlərində belə uğura nail olmuşdular.
* “Milan”ın əzəli rəqibi üzərində 2016-cı ildən sonra ən böyükhesablı qələbəsini qazandı. İtaliyanın ən titullu ikinci komandası 9 il əvvəl də 3 cavabsız qolla qalib gəlmişdi. Derbidə sonuncu ən böyükhesablı qələbəni də 2001-ci il mayın 11-də “Milan” qazanıb – 6:0.
* Konseysao bu il “Milan”ı ikinci finala çıxardı. Portuqaliyalı mütəxəssis yanvarda komandanı İtaliya Superkubokunda qələbəyə daşımışdı.
* “İnter” son iki ildə ilk dəfə ardıcıl iki matçda məğlub oldu. İtaliyanın son çempionu aprelin 20-də A seriyasında “Bolonya”ya uduzmuşdu (0:1). İnzaqinin komandasının 2023-cü ilin yazında “Yuventus”a və “Fiorentina”ya məğlub olduğunu da xatırladaq.
* Yoviç 2024-cü ilin yanvarından sonra ilk dəfə dubl etdi. “Milan”ın hücumçusu onda ölkə kubokunun “Kalyari” ilə oyununda komandasının 4:1 hesablı qələbəsində iki qolla rol oynamışdı. Serb futbolçu son 5 oyunda 3 qol vurub. Maraqıdı ki, o, bundan əvvəl cari mövsümdə rəqb qapısına yol tapa bilməyib.
* “Bolonya” 3-cü, 1973/74 mövsümündən sonra isə ilk dəfə finala çıxdı. Komanda onda “Palermo”ya əsas və əlavə vaxtı 1:1 hesabıyla sona çatan matçdan sonrakı penalti seriyasında qalib gəlməklə (4:3) 2-ci dəfə kuboka sahib çıxıb. Turnirdəki ilk qələbəsi 1969/70 mövsümünə təsadüf edən “Bolonya”nın 1967/68 mövsümündə 4 komandanın iştirakıyla keçirilən final turnirində sonuncu yeri tutduğunu da xatırladaq.
Oyundan sonra
Simone İnzaqi, “İnter”in baş məşqçisi:

“Stadionda çoxluq təşkil edən azarkeşlərimizə görə təəssüflənirik, onlardan üzr istəyirik. Bu futboldu, “Milan”ı təbrik etməliyik. İlk hissədəki oyunumuza görə uğurlu nəticəyə layiq idik. İkinci hissədə künc zərbəsindən sonra topu ikinci dəfə qapımızda gördüyümüz epizodda bəxtimiz gətirmədi və matçın ilk yarısı ilə müqayisədə daha az iş gördük. Aydındı ki, ardıcıl iki matçda uduzmağa alışmamışıq. Buna görə narahatam. Son iki uğursuzluğu yaxşıca təhlil etməliyik. “Bolonya” ilə çempionat oyununda məğlubiyyətə layiq deyildik, bu gün isə fasilədən sonra enerjimiz normal oynamağa imkan vermədi. De Vrey hesabı aça bilərdi, amma bu mövsüm baş tutan 5 derbinin hamısında bizi çətin vəziyyətlərə salan “Milan”ı təbrik etməliyik. Finala çıxmaq üçün özüm də daxil olmaqla daha çox iş görməli idik. Bu gün aprelin 24-dü, mövsümün sonuna isə bir ay qalır. Bu müddətdə yalnız irəli getməliyik. Bu məğlubiyyətdən sonra tezliklə bərpa olunmalı və bazar günü “Roma”ya qarşı keçirəcəyimiz matça hazırlaşmalıyıq”.

Serjio Konseysao, “Milan”ın baş məşqçisi:

“Çempionatda “Atalanta”ya uduzduğumuz son oyundan sonra derbidə qələbəyə çox inanırdım. Kiçik detallar vacib oyunlarda böyük əhəmiyyət daşıyır. Komandamızın həm müdafiədə, həm də hücumdakı oyunu və matça münasibəti çox xoşuma gəldi. Doğrudu, ilk dəqiqələr bizim üçün bir qədər çətin keçdi, amma əsas odu ki, hesabı biz açdıq. İkinci hissəni yüksək səviyyədə keçirdik. Bu komanda keyfiyyətə və hər oyunda qələbə qazanmaq istəyinə malikdi. Yoviçə nə üçün bu dərəcədə inanıram? O, son 3-4 həftədə məşqlərdə çox yaxşı təsir bağışlayıb, hətta bir az çəkisini azaldıb. Luka komandaya bu oyunda lazım olanı bəxş etdi. Yoviç mərkəz müdafiəçilərinə rahatlıq vermir, ondan məhz belə oynamasını istəmişdik. Hücum xəttində başqa oyunçulara da etimad göstəririk, çox güman növbəti matçda Abrahamın daha çox oynamaq şansı olacaq. Baş məşqçi kimi hər bir futbolçunun xüsusiyyətlərini nəzərə alıram. Məsələn, Abraham Udinedəki matçda meydana sonradan çıxsa da, mükəmməl oynamışdı. Hamı məşqlərdə maksimum güc sərf edir. Ancaq hərdən çempionat matçlarında nəzərdə tutduğumuz planı reallaşdıra bilmirik. Derbidəki növbəti qələbədən sonra qarışıq hisslər keçirirəm. Bu idman növünü çox sevirəm və bəlkə də hər kəsdən daha çox enerji sərf edirəm. Mən futbolu evə daşıyıram və bu qələbə xanımımı da xoşbəxt edir. Ancaq soyuq başımızı qoruyub saxlamalıyıq, biz hələ kuboku qazanmamışıq. Finalda oynayacağıq, eyni zamanda çempionatı da major notda başa vurmağa çalışmalıyıq. İndiyədək meydanda göstərdiyimizdən qat-qat keyfiyyətli komanda olduğumuzu bir daha vurğulayıram”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Aprel 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see686

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see487

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see281

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see279

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see265

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see262

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see255

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see250

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see249

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see248

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see246

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see236

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see227

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see227

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see223

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see222

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see215

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see214

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri