Icma.az
close
up
RU
Pyolisiz “Milan” əzəli rəqibinə yenə uduzmadı!

Pyolisiz “Milan” əzəli rəqibinə yenə uduzmadı!

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aprelin 2-də İtaliya kubokunun yarımfinalının ilk oyunları çərçivəsində ikinci duelin həyəcanı yaşandı. Əlbəttə, Milan klublarının bu mərhələdə bir-birinə rəqib olması cəlbedici olsa da, buna təəssüflənənlər də az deyil. Hər necə olsa, finala lombardiya təmsilçilərindən yalnız biri çıxacaq.

Qeyd edək ki, reqlamentə əsasən, turnirin yarımfinalına qədər olan bütün mərhələlərin qalibləri biroyunluq mübarizə nəticəsində müəyyən edilib. Mövsümün həlledici mərhələsində azarkeşlərini yalnız bu ilin əvvəlində ölkə superkubokunu qazanmaqla sevindirən “Milan”dan mövsümü üç kubokla başa vurmaq şansını saxlayan “İnter”ə qarşı ilk oyunda daha bir hünər göstərmək tələb olunurdu. Məsələ ondadı ki, “qırmızı-qaralar” Stefano Pyolinin baş məşqçi vəzifəsindən istefaya göndərilməsindən sonra “qara-göylər”ə qarşı müxtəlif turnirlərdə keçirdikləri 3 oyunda 2 qələbə və 1 heç-heçəyə nail olmuşdular. Halbuki Pyolinin baçılığı altında keçən əvvəlki 6 (!) derbidə “İnter” qalib gəlmişdi. Serjio Konseysaonun “Milan”ın başında ikinci sınağında əzəli rəqibi 3:2 hesabıyla məğlub edərək superkuboku qazandığını xüsusi vurğulayaq.
“İnter”in cari mövsümün 4-cü derbisinə çox sayda itki ilə çıxdığını da qeyd edək. Simone İnzaqinin ilk dəqiqələrdən meydana çıxardığı heyət “Milan” üçün bir qədər əlverişli sayıla bilərdi. İlk hissədə qapılar qarşısında kifayət qədər təhlükəli epizodlar yarandı. Lakin qapıçıların inamlı oyunu fasiləyə qədər hesabın açılmasına mane oldu. İkinci hissənin lap əvvəlində Abraham nominal ev sahibi sayılan “Milan”ı hesabda önə keçirdi. “İnter”in buna reaksiyası çox aqressiv oldu. Menyan Barellanın zərbəsini dəf etsə də, Çalhanoğlu 66-cı dəqiqədə topu yerlə qapının küncünə yönəltdi. İtaliyanın son çempionu qalan vaxtda qələbəyə çox yaxın oldu. Ancaq Menyan Zalevski ilə Mxitaryanın zərbələrinə əla reaksiya verdi. Beləliklə, Pyolisiz “Milan” əzəli rəqibinə ardıcıl 4-cü derbidə də uduzmadı!
yarımfinal, ilk oyunlar
Milan - İnter 1:1

Abraham, 47 - Çalhanoğlu, 66.
Milan: Menyan, Ernandes, Qabbya, Tiav, Uoker, A.Ximenes, Fofana (Bondo, 88), Reynders, Pulişiç (Feliş, 76), Leao (Çukvueze, 88), Abraham (S.Ximenes, 76).
İnter: X.Martines, Bissek (Pavar, 59), De Vrey (Açerbi, 79), Bastoni, Darmian, Auqusto (Zalevski, 59), Barella, Çalhanoğlu, Frattezi (Mxitaryan, 59), Korrea (Berenbruk, 90+1), M.Türam.
Bu mərhələnin digər oyununun nəticəsi: Empoli - Bolonya 0:3 (Orsolini, 23. Dallinqa, 29; 51).
Cavab oyunları aprelin 23-24-də keçiriləcək.
Oyundan sonra
Serjio Konseysao, “Milan”ın baş məşqçisi:

“Nəticənin ədalətli olduğunu düşünürəm. Komandamıza əla dəstək verən fanatlara təşəkkürümü bildirirəm. Futbolçularımız güclü rəqibə qarşı balanslaşdırılmış oyun sərgilədilər. Müdafiədə ağıllı oynamaq tələb olunurdu və biz belə də etdik. “İnter”in hesabda önə keçmək şansının çox olduğunu deməzdim, bizim şansımız daha çox oldu. Ümumilikdə isə oyun bərabər səviyyədə keçdi. Belə vacib matça münasibətimizdən çox razı qaldım. “Napoli”yə qarşı əvvəlki oyunun ikinci hissəsində də ağıllı və diqqətli oyun göstərmişdik. Finala çıxmaq və kuboku qazanmaq üçün işə belə yanaşmanı davam etdirməliyik”.


Simone İnzaqi, “İnter”in baş məşqçisi:

“Bu derbidi. İlk hissədə De Vrey ilə Frattezinin hesabı açmaq imkanları oldu. Fasilədən sonra isə bunu “Milan” bacardı. Hesabda geri düşməyimizin bizə faydalı olduğunu düşünürəm. Ona görə ki, ikinci hissəni daha yaxşı keçirdik. Çətin rəqibə qarşı oyunda kifayət qədər təhlükəli vəziyyətlər yaratdıq. Menyan Zalevski ilə Mxitaryanın zərbələrinə əla reaksiya verdi. Futbolçularımızın lazımi nəticə üçün özlərini necə fəda etməsi xoşuma gəldi. Sərəncamımda yalnız 14 sahə oyunçusu vardı. Bu səbəbdən futbolçulardan bir qədər dişlərini sıxmağı xahiş etmişdim. 48 saatdan sonra Parmaya yollanmalıyıq. Bu səbəbdən səmərəsiz riskə gedə bilməzdik. Yarımfinalda ilk oyuna çıxdığımızı bilirdik. Üç həftə sonrakı cavab görüşünə daha çox oyunçu ilə çıxacağımıza ümid edirəm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Aprel 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see882

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see321

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see313

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see306

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see293

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see269

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see256

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see223

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see220

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see203

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see203

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see200

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see199

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see199

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see198

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see193

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see186

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see184

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri