Milanda dramatik gecə Yenilənir
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək.
QOL.az xəbər verir ki, yarımfinalın cavab oyunları çərçivəsində bir görüş keçiriləcək.
Milan "İnter"i öz meydanında "Barselona" ilə qarşılaşacaq. İspaniyada keçirilən ilk görüşdə 3:3 hesabı qeydə alındığından komandaların şanslarını bərabər qiymətləndirmək olar. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, yarımfinalın digər cavab matçı sabah keçiriləcək. PSJ səfərdə qalib gəldiyi (1:0) "Arsenal"ı qəbul edəcək.
6 may
Çempionlar Liqası
Yarımfinalın cavab oyunları
23:00. "İnter" (İtaliya) - "Barselona" (İspaniya) - 4:3 (Əlavə vaxt)
Qollar: Martinez, 21(1:0), Çalhanoğlu, 45+1 (2:0), Qarsia, 54 (2:1), Olmo, 60 (2:2), Rafinya, 87 (2:3), Açerbi, 90+3 (3:3), Fratessi, 99 (4:3)
Hakimlər: Simon Marçinyak, Tomas Listkeviç, Adam Kupsik, Pavel Raçkovskiy (Polşa)
VAR: Dennis Hiqler (Niderland)
AVAR: Pol van Bokel (Niderland)
Milan. "Cüzeppe Meeazza"
İlk oyun - 3:3
7 may
23:00. PSJ (Fransa) - "Arsenal" (İngiltərə)
İlk oyun - 1:0
Baxış sayı:87
Bu xəbər 07 May 2025 01:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















