Icma.az
close
up
RU
Millət vəkili: D 8 ə üzvlük investisiyaların hərəkətinə böyük imkanlar yaradacaq

Millət vəkili: D 8 ə üzvlük investisiyaların hərəkətinə böyük imkanlar yaradacaq

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli Məclis Azərbaycanın “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Nizamnaməsi”nə qoşulmasını təsdiqləyib. 

Bununla bağlı parlamentin bugünkü plenar iclasında “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. 

Qeyd edilib ki, Azərbaycan 2012-ci il noyabrın 22-də İslamabad şəhərində imzalanmış “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulur. Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.


Millət vəkili Vüqar Bayramov “Sherg.az”a söyləyib ki, Azərbaycan D-8 təşkilatının yeni bir üzvüdür:


“Azərbaycanın D-8-ə üzv olan ölkələrlə əməkdaşlığı gücləndirmək niyyətindədir. D-8 bütövlükdə iqtisadi əməkdaşlığa və stabilliyə töhvə verən qurumdur.  Bu qurum ikili standartlara, xarici təhdidlərə qarşı birgə fəaliyyət nümayiş etdirməkdə maraqlıdır. Qruma üzv olan ölkələr qlobal aləmdə, eləcə də regionda ədalətin formalaşmasına dəstək verməyə çalışırlar və öz töhfələrini davam etdirirlər. Azərbaycan D-8-ə üzv olan ölkələrlə güclü əməkdaşlıq qurub. Bu əməkdaşlıq xüsusilə ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı və texnologiya sahələrində özünü göstərir. Məsələn, Azərbaycan enerji sektorunda güclü tərəfdaş kimi çıxış edərək D-8 ölkələrinə neft, qaz və bərpaolunan enerji layihələri üzrə investisiya imkanları təqdim edə bilər.

Təbii ki, Azərbaycanın D-8-ə üzvlüyü həmin əlaqələri daha da gücləndirəcək və dərinləşməsinə xidmət edəcək”. 


Ekspert bildirib ki, həmin təşkilata üzvlük investisiyaların hərəkətinə böyük imkanlar yaradacaq:

“Üzv dövlətlər arasında iqtisadi inteqrasiyanın gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması və birgə layihələrin həyata keçirilməsi Azərbaycanın iqtisadi inkişafına mühüm töhfə verə bilər. Xüsusilə kənd təsərrüfatı, texnologiya transferi və nəqliyyat sahələrində əməkdaşlıq üçün geniş potensial mövcuddur. Ümumilikdə, Azərbaycanın D-8 təşkilatına üzvlüyü onun beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə, investisiya cəlb edilməsinə və qlobal siyasətdə daha güclü mövqeyə sahib olmasına xidmət edəcək. Bu addım Azərbaycanın regional və beynəlxalq iqtisadi sistemdə rolunu daha da artıraraq, ölkənin davamlı inkişafına müsbət təsir göstərəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Mart 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri