Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

D 8 ə üzvlük Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirir Deputat

D 8 ə üzvlük Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirir Deputat

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Azərbaycan hökuməti D-8 Nizamnaməsinin ratifikasiya sənədlərini 2025-ci il martın 19-da səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) İstanbulda yerləşən katibliyinə rəsmi şəkildə təqdim edib. Bununla da Azərbaycan D-8 Təşkilatına tamhüquqlu üzv olub.

“D-8 beynəlxalq təşkilatına Azərbaycanın üzv qəbul olunması “Yeni dünya düzəni”nin qurulmasına qatılmaq üçün Azərbaycanın etimadnaməsi sayıla bilər”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycanın D-8-ə üzv kimi qoşulmasını təşkilat üçün mühüm hadisə olduğunu vurğulayan Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Deputat xatırladıb ki, inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının ötən ilin 19 dekabrında Misirin Qahirə şəhərində keçirilmiş 11-ci Zirvə Görüşündə Azərbaycanın yekdilliklə təşkilata üzv qəbul edilməsi ölkəmizin xarici siyasətinin uğuru və beynəlxalq iqtisadi münasibətlərdə mövqeyini gücləndirən mühüm addımlardandır.

O bildirib ki, qaydalara uyğun olaraq, Sammitin bu qərarından sonra Azərbaycanın təşkilata tamhüquqlu üzv olması üçün D-8 Nizamnaməsini ratifikasiya etməsi tələb olunurdu. Azərbaycan Respublikasının Milli Məclisi 2025-ci il martın 7-də bununla bağlı qanunu (149-VIIQ saylı Qanunu) qəbul edib və bu qanun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanaraq qüvvəyə minib.

Cavanşir Feyziyev diqqətə çatdırıb ki, bu, 1997-ci ildə yaradıldığından bəri D-8-in ilk genişlənməsidir. 28 il bundan əvvəl qardaş Türkiyənin təşəbbüsü və liderliyi ilə yaradılmış bu təşkilat hazırda inkişaf etməkdə olan ölkələrin dünya iqtisadiyyatı çərçivəsindı rolunun artması, iqtisadi-ticari əlaqələrinin şaxələndirilməsi və yeni imkanların yaradılması, beynəlxalq səviyyədə mövqelərinin güclənməsi istiqamətində səmərəli fəaliyyət göstərməkdədir.

Deputat vurğulayıb ki, D-8 təşkilatının genişlənməsi ilə əlaqədar ilk dəfə belə bir tarixi qərarın qəbul edilməsi Azərbaycana olan beynəlxalq etimadın göstəricisidir. Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.

Ölkəmizin D-8 üzvü seçilməsi həm ölkəmiz, həm də təşkilat üçün tarixi önəm daşıyır. Bu addım yalnız Azərbaycanın beynəlxalq nüfuzunun artmasını deyil, həm də qlobal iqtisadi və siyasi inteqrasiyaya verdiyi önəmin göstəricisidir. Tamhüquqlu üzvlük, habelə D-8-in özünün gələcək inkişafına strateji töhfə verəcək yeni imkanlar açır.

D-8-in iqtisadi əməkdaşlığa odaqlanan bir beynəlxalq təşkilat olduğunu diqqətə çatdıran millət vəkili qeyd edib ki, bizdən öncəki 8 ölkə – qardaş Türkiyə və Pakistan başda olmaqla, İran, Misir, Banqladeş, İndoneziya, Malayziya və Nigeriya inkişaf etməkdə olan iqtisadiyyatları ilə tanınır. Üzv ölkələr arasında ticarət həcmini artırmaq, texnologiya transferi və innovasiyanı stimullaşdırmaq, davamlı iqtisadi inkişafı təmin etmək, sosial ədalət, iqtisadi ədalət prinsiplərini təşviq etmək və s. kimi məqsədləri prioritet hesab edən D-8-in danılmaz perspektivi vardır. Azərbaycanın D-8-ə tamhüquqlu üzvlüyü həm onun bölgəsəl çevrəsini genişləndirir, həm də ölkəmizin öz iqtisadi, siyasi prioritetlərini yeni bir platformada gerçəkləşdirməsinə münbit ortam vəd edir.

Cavanşir Feyziyevin fikrincə, D-8 təşkilatına üzvlük Azərbaycanın sosial-iqtisadi həyatında ilk növbədə, ticari-iqtisadi əməkdaşlıq imkanlarımızın genişlənəcəyini vəd edir. O bildirib ki, Azərbaycan D-8 çərçivəsində, üzv ölkələrlə ticarət bağlarını daha da gücləndirərək, iqtisadi-ticari münasibətlərini bir qədər də genişləndirə bilər. Özəlliklə, ilk addımda qeyri-neft sektorunda işbirliyi, kənd təsərrüfatı, tekstil, texnologiya və b. sahələrdə yeni imkanlar açılmış olacaqdır.

Deputat həmçinin qeyd edib ki, bu əməkdaşlığın, özəlliklə texnoparklar, startaplar və rəqəmsal iqtisadiyyat sahələrində önəmli rol oynayacağı əsas gözləntimizdir.

Deputat hesab edir ki, enerji və nəqliyyat sahələrində yeni əməkdaşlıq perspektivləri meydana gələcək. Ölkəmizin enerji resursları, habelə nəqliyyat dəhlizlərində oynadığı strateji rol D-8 ölkələri üçün önəmli əməkdaşlıq platforması yaradacaq. Bakı-Tiflis-Qars dəmir yolu, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizi kimi layihələr D-8 ölkələri üçün regional inteqrasiyanı gücləndirən əsas faktorlardan birinə çevrilə bilər. Digər tərəfdən, daha bir regional təşkilatda yer almaq, Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirir və ölkəmizin strateji prioritetlərini beynəlxalq aləmə çatdırmaq üçün yeni bir platforma təmin edir” – deyə Cavanşir Feyziyev əlavə edib.

O qeyd edib ki, Azərbaycan özünün zəngin neft-qaz ehtiyatları ilə D-8 ölkələrinin enerji təhlükəsizliyinə geniş töhfələr verə bilər. Özəlliklə, alternativ enerji qaynaqları sahəsində təcrübəmizlə D-8-in enerji balansını şaxələndirə bilərik.

Azərbaycanın Avrasiyadakı strateji mövqeyi, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizləri, D-8-in iqtisadi əməkdaşlıq potensialını artıracaqdır.

Ölkəmizin multikulturalizm və dialoq mədəniyyətinin əhəmiyyətini vurğulayan deputat diqqətə çatdırıb ki, Azərbaycan, zəngin multikulturalizm təcrübəsi ilə D-8 ölkələri arasında mədəni əməkdaşlığı, dialoqu, anlaşmanı gücləndirə bilər. Bu isə təşkilat daxilində sosial inteqrasiyanın artmasına, ümumi dəyərlərin qorunmasına və təşviqinə xidmət edəcəkdir.

Beləliklə, D-8-ə tamhüquqlu üzvlük ölkəmizin beynəlxalq aləmdə mövqeyini gücləndirən strateji bir addım kimi xarakterizə oluna bilər. Bu tarixi addım ölkəmizin beynəlxalq əməkdaşlıq və həmrəylik ruhunu və qlobal miqyasda artan nüfuzunu bir daha təsdiqləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Mart 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri