Millət vəkili Fazil Mustafa Mərkəzi Elmi Kitabxanaya yeni kitabını hədiyyə edib
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovla görüşən Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” adlı kitabını kitabxanaya hədiyyə edib.
Mərkəzi Elmi Kitabxananın rəhbərliyi bu hədiyyəyə görə müəllifə təşəkkürünü bildirib və qeyd edib ki, kitabxananın fonduna daxil olan bu cür nəşrlər tədqiqatçılar, tələbələr və ziyalılar üçün mühüm informasiya mənbəyidir.
Kitab Azərbaycan cəmiyyətində yayğın olan yanlış tarixi düşüncənin tənqidinə və çağdaşlığın yeni paradiqmalarının izahına həsr olunub. Mənbələrə əsaslanaraq yazılmış bu kitab fərqli və müzakirəyə açıq tezislər şəklində keçmiş, çağdaş və gələcək Azərbaycan modelinin müqayisəli təhlilini oxucuya təqdim edir. Kitabın strukturunda qaranlıqdan çıxış, zehni sekulyarizm, ideoloji miflərə qarşı elmi-fəlsəfi baxış, milli kimliyin təkamülü, post-müstəmləkə şüurunun tənqidi və gələcəyə yönəlmiş türkçü dövlət modelinin konturları kimi əsas mövzular yer alır.
Qeyd edək ki, MEK-in fonduna və elektron kataloquna daxil edilən sözügedən kitabla oxucular kitabxananın saytında onlayn şəkildə də tanış ola bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 14 İyul 2025 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















