Icma.az
close
up
RU
Milləti bölməyin! Yaralarımız təzə sağalırdı ki, başladılar...

Milləti bölməyin! Yaralarımız təzə sağalırdı ki, başladılar...

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məcburi köçkünləri təhqir edənlər qanun qarşısında cavab verməlidirlər



Son günlərdə jurnalist Səidə Bəkirqızının sosial şəbəkədə konkret bir nəfər məcburi köçkünlə bağlı yaranmış problem üzərindən səsləndirdiyi fikirlər ictimaiyyətdə, ələlxüsus keçmiş qaçqın və məcburi köçkünlər arasında birmənalı qarşılanmayıb və ciddi narazılığa səbəb olub. Narazılıq edənlər fərdi hadisənin ümumiləşdirilməsinə etirazlarını bildirib, bunun doğru yanaşma olmadığını ifadə ediblər. Vurğulanıb ki, bir nəfərin qanunsuz hərəkətinə, mənzillə əlaqədar yaratdığı problemə görə bütöv bir təbəqənin nüfuzuna xələl gətirmək yolverilməzdir. Tənqidlərin hədəfinə tuş gələn jurnalist növbəti dəfə videoçəkiliş edərək məcburi köçkünlər əleyhinə fikirlər səsləndirib. Məsələ sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib və ziddiyyətli mövqelər ortaya qoyulub. Yersiz qalmaqalın böyüdüyünü və fərqli istiqamətlərə çəkildiyini görən ictimaiyyət nümayəndələri məsələyə münasibət bildirmək zərurətini hiss ediblər. 


Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı ilə bağlı mövzu son günlər sosial şəbəkələrdə fərqli mövqelərdən müzakirə olunur. MŞ rəhbərinin sözlərinə görə, buna müzakirə yox, hiddət və qəzəb yağışı demək daha uyğundur:

 "Hər bir halda, ortada təəssüf doğuran mənzərə var. Mətbuat Şurası olaraq bu durum davamlı diqqətimizdədir. Bununla bağlı profilaktik söhbətlər aparmışıq. Sırf “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları” prizmasından izah etmişik ki, insanları dininə, dilinə, irqinə, yaşadığı yerə görə hansısa formada fərqləndirmək yolverilməzdir. Onu da bildirmişik ki, media nümayəndəsi, informasiya yayıcılığı ilə məşğul şəxs təqdimatlarında həssas olmalı, cəmiyyətdə bölücülük yarada biləcək fikir və ifadələrin işlədilməsindən çəkinməlidir. Sevindirici haldır ki, media subyektlərimiz əksərən belə məsələlərdə xeyli ehtiyatlıdırlar, deməli, həm də peşəkar davranırlar. 

Mətbuat Şurası onun da fərqindədir ki, insanlarımız arasında bölücülük yaratmaq mahiyyəti daşıyan təqdimatlar bir çox hallarda bu işlə məqsədli şəkildə məşğul olan qüvvələrə “mövzu” qazandırır. Son günlər bəzi sosial şəbəkə, xüsusən, “TikTok” paylaşımlarına diqqət yetirəndə bu meyli də görürük. Sanki kimlərsə pusquda dayanıb kiminsə nəsə deməsini gözləyirlər ki, qığılcımı böyük alova çevirsinlər. Belələri əllərinə düşən hər fürsətdə 44 günlük müharibədəki Zəfərimizi, doğma el-obamıza sahiblənmək əzmimizi heçə saymağa çalışır, böyük və qüdrətli xalqı “kiçik toplum, xırda qövm” kimi təqdim etmək mərəzlərini işə salırlar". 


R.Məcid bütün bunlara görə media təmsilçilərindən, müstəqil jurnalistlərdən, ümumən cəmiyyətə informasiya verən, özünü informasiya yayıcılığına mükəlləf sayan şəxslərdən dilə gətirdikləri hər sözə və fikrə məsuliyyətlə yanaşmalarını xahiş edib:

 "Onlar unutmamalıdırlar ki, daşıdıqları və dərk etməli olduqları məsuliyyət ölkəmizin firavanlığı, cəmiyyətimizdə dinc və birgə yaşam qaydalarının toxunulmazlığı, ictimai və sosial düzənin sabitliyi, böyük anlamda isə Vətənimizin inkişafı baxımından son dərəcə vacibdir. Bir məqamı da qeyd edim ki, ümumən informasiya mühitimizdə son günlər müşahidə olunan və haqqında söz açdığımız xoşagəlməz halların ictimai müstəvidən kənar dəyərləndirilməli tərəfləri də var. Yəni kimsə özünün kütləyə ünvanlanmış çıxışında, yaxud geniş ictimaiyyətə xitab mahiyyəti daşıyan açıqlamasında insanlarımız arasında bölücülük, nifaq yaradırsa, məsələ, eyni zamanda, hüquqi aspektdən qiymətləndirilmək üçün də açıqdır. Çox istərdim ki, bu amil ciddi şəkildə nəzərə alınsın".


Millət vəkili Ceyhun Məmmədov da cəmiyyətimizdə qaçqınlara qarşı bəzi təhdid və ittihamların, uyğun olmayan ifadələrin işlədilmə hallarının artmasının müşahidə olunduğunu deyib. Deputat vurğulayıb ki, Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq hüquq normaları hər bir şəxsin, o cümlədən qaçqınların və məcburi köçkünlərin hüquq və azadlıqlarının qorunmasını təmin edir:


 "Bu insanlara qarşı ayrı-seçkilik və nifrət çağırışları həm hüquqi, həm də mənəvi baxımdan yolverilməzdir. Xalqımız tarix boyu humanizm, qonaqpərvərlik və həmrəylik ənənələri ilə seçilib. Bu gün də biz bu dəyərlərimizi qorumalı, çətin durumda olan insanlara sahib çıxmalı və cəmiyyətimizdə barış, tolerantlıq və qarşılıqlı hörmət mühitini möhkəmləndirməliyik. Bilməliyik ki, qaçqınlara və məcburi köçkünlərə qarşı mənfi münasibət yalnız onların deyil, bütövlükdə dövlətimizin nüfuzuna və milli birliyimizə zərbə vurur. Çünki parçalanma və nifaq düşmənin ən böyük arzusudur. Bu səbəbdən hər bir vətəndaşımızı həmrəyliyimizi qorumağa, nifrət və ayrı-seçkilik ritorikasından uzaq durmağa çağırırıq. Cəmiyyət olaraq bizdən tələb olunan ən mühüm məsələ həmrəylik, anlayış və bir-birimizin dərdinə şərik olmaqdır. Unutmayaq: milli gücümüz birliyimizdədir".


Parlament üzvü qeyd edib ki, bu gün informasiya sadəcə məlumat ötürmə vasitəsi deyil, ən güclü strateji silah kimi istifadə olunur:

 "İnformasiya müharibəsi adi silahlı qarşıdurmalardan daha gizli, lakin daha təhlükəli ola bilir. Sosial şəbəkələrdə və müxtəlif platformalarda məsuliyyətsiz paylaşımlar, yoxlanılmamış xəbərlərə inanmaq və onları yaymaq düşmən qüvvələr tərəfindən asanlıqla manipulyasiya edilə bilər. Bunu biz ən açıq şəkildə İkinci Qarabağ müharibəsi zamanı da gördük. Hərbi əməliyyatlarla yanaşı, informasiya müharibəsi də aparılırdı. O dövrdə bəzi saxta xəbərlər və yanlış paylaşımlar cəmiyyətin psixoloji durumuna təsir etməyə, ordumuzun iradəsini zəiflətməyə və xalqımız arasında çaşqınlıq yaratmağa yönəlmişdi. Lakin xalqımızın müdrikliyi, dövlətimizin koordinasiyalı fəaliyyəti və doğru informasiya axınının təmin olunması bu cəhdləri boşa çıxardı. Bu gün də vəziyyət fərqli deyil. Regionda baş verən proseslər, qlobal güclərin maraqları, ölkəmizə qarşı aparılan təxribatçı kampaniyalar bir daha göstərir ki, informasiya təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Dövlətin gücü təkcə ordusu ilə deyil, həm də informasiya məkanını qorumaq bacarığı ilə ölçülür. Bu səbəbdən hər birimiz üzərimizə düşən məsuliyyəti dərk etməliyik". 


Tarixçi-alim Zaur Əliyev də bəyan edib ki, sosial mediada məcburi köçkünlər əleyhinə başlanan təhqirlərə səbəb olan məlum çıxışların səbəbkarları barədə tədbir görülməlidir. Ekspert bildirib ki, məcburi köçkünlər olaraq şəxsi evlərə girib və çıxmaq qarşılığında pul istəyən şəxslərə qarşı da tədbirlərin görülməsini xahiş edirlər:

 "Biz qarabağlılar olaraq bu addımı pisləyirik və belə şəxsləri cəzalandırılmasını tələb edirik. Bu başqa məsələdir. Lakin bunun fonunda "Ağdamda kimsə döyüşməyib" deyən və 6570 şəhidin haqqına girən şəxsin və məcburi köçkünləri ardıcıl şəkildə video paylaşaraq təhqir edən jurnalist və digərlərinin qanun qarşısında cavab verməsini tələb edirik. Çünki o çıxışlar ölkədə evi zəbt edənlər fonunda ümumilikdə məcburi köçkünlərin ailələrini, şəxslərinin və ölülərinin təhqir edilməsi ilə davam edir. Bizim daha söyüşlərə və təhqirlərə dözüm göstərmək niyyətimiz yoxdur. Onların dediyi söyüşlərin on qatını verməyə hazırıq. Azərbaycan bizim hamımızındır". 


Təhlükəsizlik üzrə ekspert İlqar Altay diqqətə çatdırıb ki, Qarabağ qaçqınları öz keflərindən ata-baba yurdunu, Qarabağ kimi saf, gözəl təbiətli yerləri qoyub, tələsik əllərinə keçər-keçməzini götürüb, Bakı, digər şəhərlərə pənah aparmayıblar. Onun sözlərinə görə, bunun səbəbi böyük, tutarlı həm də başadüşülən olub:

 "Səbəb Rusiyanın arxa durub, ermənilərin icrasında Azərbaycana, Qarabağa, onun suverenliyinə qarşı planladığı işğal qəsdi idi. O itkili, ağrılı, yüksək stress dövründə, dövlətin də başının müharibəyə, daxili və xarici təzyiqlərə qarışdığı zamanda qaçqınların hansısa evə sığınması qeyri-adi sayılmamalıdır. Digər yandan, qaçqının sahibsiz görüb icazəsiz girdiyi evin sahibi geri qayıdırsa, təbii ki, öz qanuni mülkündə yaşamına davam etməlidir. Gedib çöldə yatmayacaqdı ki, öz halal ev-eşiyini qoyub? Ya qaçqını əziz qonağı kimi saxlamalı, ya da dövlət orqanlarına müraciət etməli idi. Mülkiyyət toxunulmazdır! İndi isə çox şükür, Qarabağ torpaqları azad edilib. Onların yurd-yuvalarına qayıdışı, uyğun həyatları üçün normal fürsət yaranıb. Belə həssas məsələyə vecsiz yox, anlayışlı yanaşılmalı, cəmiyyətdə bölücülük salınmamalıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Sentyabr 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri