Icma.az
close
up
RU
Köhnə yaralarımız sağalır...

Köhnə yaralarımız sağalır...

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xocalının iki kəndinə növbəti köç yola salındı

İşğaldan azad olunmuş ərazilərimizə qayıdış yalnız coğrafi dəyişiklik deyil, həm də bir millətin tarixinə, mədəniyyətinə və gələcəyinə olan qayıdışıdır. Bu, həm də bir xalqın faciəvi illərdən sonra öz varlığını və kimliyini yenidən tapmasının simvoludur. İşğaldan azad edilmiş ərazilərimizin ən mühüm və simvolik bölgələrindən biri Xocalıdır. Burada baş verənlər yalnız Azərbaycan xalqının deyil, bəşəriyyətin yaddaşında silinməz izlər buraxmışdı. Xocalıya qayıdış, həm də bu şəhərin faciəsinin, bir millətin başına gələn ən ağır sınaqların üstündən keçərək gələcəyə olan inamın rəmzidir. Xocalı deyəndə gözlərimizin önündə ermənilərin törətdiyi əsrin soyqırımı, yer üzündən silinmiş şəhər, dinc insanların kütləvi qətliamı, yeri-göyü inlədən faciələr canlanırdı. Körpələrimizin vəhşiliklə qətlə yetirilməsi, bir yandan da qədim Azərbaycan torpağı olan şəhərin işğal edilərək yerlə-yeksan olması ürəyimizdə sağalmaz bir yara açmışdı. Düz 30 ilə yaxın bu ürək ağrısı ilə yaşadıq... Faciəmiz nə qədər böyük idisə, bizə bu müsibəti yaşadan düşmən üzərində qələbəmiz də o qədər möhtəşəm oldu. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı işğaldan azad edildi. Yevlax rayonunda keçirilən danışıqların nəticəsində Xocalı rayonu 24 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının nəzarətinə keçdi. Ölkə başçısı oktyabrın 15-də isə Xocalıda üçrəngli bayrağımızı ucaltdı.

8 ailə tamamilə məhv edilmişdi...

Xocalı şəhəri erməni vandalizminin ilk ünvanlarından biri idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən soyqırımı ermənilərin müharibə cinayətləri sırasında xüsusi amansızlığı ilə fərqlənir. Qeyd olunan tarixdə keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya hücum çəkən ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan etdilər. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır.

Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlifdərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib.

54 ailənin sevinci

Dünən Xocalı rayonunun Şuşakənd və Təzəbinə kəndlərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Şuşakənd kəndinə 27 ailə - 116 nəfər, Təzəbinə kəndinə isə 27 ailə - 117 nəfər köçürülür.

Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Gələcəyə baxış...

“Böyük Qayıdış”ın tam həyata keçməsi yalnız infrastrukturun bərpasından ibarət deyil. Bu, həm də insan amilini, mədəniyyətin qorunmasını, təhsil və səhiyyənin inkişafını, sosial qayğıların təmin olunmasını ehtiva edən kompleks bir prosesdir. Qayıdışın gələcəyi, həmçinin Azərbaycanın regionda daha güclü bir dövlət olmasını, həm də dünyanın müxtəlif guşələrindən gələn investisiyaların artmasını təmin edəcək.

Azərbaycanın işğaldan azad etdiyi torpaqlara qayıdışı, yalnız bir xalqın yaşamaq uğrunda mübarizəsinin simvolu deyil, həm də regionda sülh və əməkdaşlığın təməlini qoyan böyük bir addımdır. Bu, həmçinin, insanın iradəsinin, gücünün və ümidi qorumağın möhtəşəm bir göstəricisidir. 30 il əvvəl başlanmış bu yol, hazırda yeni bir mərhələyə qədəm qoyur və gələcəyə ümidlə baxan bir xalqın mübarizəsini təcəssüm etdirir.

“Böyük Qayıdış” həm də insanın öz tarixi və mədəniyyəti ilə barışmasının, köhnə yaraların sağalmasının simvoludur. Bu yolda Azərbaycanın qarşısında hələ çox işlər dayanıb, lakin bir o qədər də imkanlar və ümidlər var.

Yeganə

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Oktyabr 2025 08:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri