Icma.az
close
up
RU
Millətimə yararlı övlad olmaq istəyirəm 300 bal toplayan Bakı MƏKTƏBLİLƏRİ

Millətimə yararlı övlad olmaq istəyirəm 300 bal toplayan Bakı MƏKTƏBLİLƏRİ

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Onlardan 10-u qız, 10-u oğlandır. 

300 bal toplayanlardan biri Sadıqzadə Nuray Cəlal qızıdır. O, Bakı şəhərində yerləşən 138 saylı orta məktəbdə təhsil alır.

Məktəbli Modern.az-a açıqlamasında bildirib ki, imtahanda özündən yüksək nəticə gözləyirmiş:

"Amma 300 bal mənim üçün gözlənilməz oldu. Sınaqlarda da yüksək nəticələr yığırdım. 1-ci sinifdən bu vaxta qədər hər zaman çox məsuliyyətli və çalışqan şagird olmuşam. Qiymətlərim hər zaman 5 olub". 

Abituriyent qeyd edib ki, Türkiyənin qabaqcıl universitetlərinin birində tibb təhsili almaq istəyir və bu üzrə hazırlaşır: "Boş vaxtlarımda rəsm çəkməyi sevirəm. ⁠Gələcək planlarım çoxdur. Yaxşı bir tibb təhsili alib, ölkəmdə işləyib, millətimə yararlı bir övlad olmaq istəyirəm".

300 bal toplayan digər abituriyent isə Bakı şəhəri 313 nömrəli tam orta məktəbin şagirdi Fərid Mehdiyevdir. O bildirib ki, "şübhəli" olaraq dəyərləndirdiyi bir neçə açıq tipli test tapşırığı olduğu üçün 300 bal nəticəni gözləməyib:

"Ona görə də ümumi gözləntim 290 - 295 bal arasında idi. Amma, sevindirici haldır ki, cavablarım düzgün və ümumi balım 300 bal oldu. Hazırlaşmaq üçün fərqli bir üsulum yox idi, hər bir abituriyent kimi müəyyən bir plan üzrə gündəlik öhdəliklərimi yerinə yetirir, əlavə sual tipləri ilə tanış olur, təkrarlara isə böyük önəm verirdim. Ümumiyyətlə, DİM vəsaitlərini prioritetləşdirirdim və əsas planımı onlar üzərində qururdum".

O qeyd edib ki, əsas hədəfi Bakı Ali Neft Məktəbində "İnformasiya Təhlükəsizliyi" üzrə təhsil almaqdır:

"Düzdür, həmin universitet yüksək giriş ballarına görə tanınır, ancaq başlıca məqsədim ora qəbul olmaqdır. 700 bal toplayın toplamayacağımı bilmərəm. Nəzərə almaq lazımdır ki, buraxılış imtahanında 300 bal toplamağım mənim üçün gözlənilməz idi və blok imtahanında daha çətin tipli tapşırıqlardan istifadə olunur. Ümid edirəm ki, blok imtahanından da maksimal balı toplayaram"

Məktəbli sonda abituriyentlərlə öz məsləhətlərini bölüşüb:

"Əvvəlcə, əlbəttə, dərslərə çox ciddi və planlı şəkildə yanaşmaq lazımdır. Xüsusilə DİM vəsaitlərinə böyük önəm  vermək çox əsasdır, çünki imtahan DİM tərəfindən tərtib edilir. Mən, qətiyyən, bütün günü intensiv şəkildə çalışmağı tövsiyə etmirəm. Mənim fikrimcə, qısa, amma effektiv şəkildə çalışmaq daha önəmlidir. Önəmli olan davamlılıq və əzmdir. Bu ikisi vasitəsilə uğur qazanmamaq mümkünsüzdür"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Aprel 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri