Icma.az
close
up
RU
Milli azlıqlar və media: Görünməyən problemlər, görünən risklər

Milli azlıqlar və media: Görünməyən problemlər, görünən risklər

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Dünyada informasiya mühitinin sürətli transformasiyası və medianın daha çox siyasi gündəmlə məhdudlaşması dövlətlərdə yaşayan azsaylı xalqların sosial-mədəni irsini arxa planda saxlayıb. Məhz bu baxımdan, beynəlxalq hesabatlarda onların kimliyinin qorunması üçün yeni platformalara ehtiyac məsələsi gündəmə gəlir. Əsas vurğulanan məqamlardan biri də odur ki, etnomüxtəlifliyin qorunması zamanı yalnız hüquqi mexanizmlərlə kifayətlənməməli, həm də informasiya mühitinə bərabər çıxış imkanları dəstəklənməlidir. Yəni milli azlıqarı yalnız folklor və etnoqrafiya səviyyəsində deyil, həm də çağdaş sosial-mədəni proseslərin iştirakçıları kimi göstərmək lazımdır.

Sosial şəbəkələr hansı riskləri formalaşdırır?

Azərbaycanın qəbul etdiyi mühüm sənədlərdə milli münasibətlər və tolerantlıq məsələləri xüsusi yer tutur. 1992-ci ildə imzalanmış “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında” Fərman bu sahədə mühüm dönüş nöqtəsi oldu. Həmin sənəddə milli azlıqların mətbuata çıxış imkanlarının genişləndirilməsi, onların dillərində nəşrlərin dəstəklənməsi və televiziya-radio proqramlarının təşkili nəzərdə tutulurdu. Bu siyasətin əsas məqsədi Azərbaycanda yaşayan bütün xalqların öz mədəni kimliklərini qoruyaraq vahid cəmiyyətin tərkib hissəsi kimi inkişaf etməsini təmin etmək idi. Lakin nəzərə almaq lazımdır ki, 1992-ci ildən bu günə çox şey dəyişib, həm informasiya ələtləri yenilənib, həm də onlara çıxış imklanları asanlaşıb. Yəni rəqəmsal texnologiyaların inkişafı multikultural subyektlərin cəmiyyətə çıxış imkanlarını genişləndirib. Artıq milli azlıqlar hansısa qəzetə və ya TV-yə minnətçi düşmədən internet vasitəsilə daha geniş auditoriyaya çıxış əldə edirlər.

Əlbəttə, sosial şəbəkələr və onlayn platformalar mədəni müxtəlifliyin təqdimatı üçün yeni imkanlar yaratsa da, müəyyən risklər də formalaşdırır. Bura nifrət nitqi, dezinformasiya, radikal çağırışların sürətlə yayılması daxildir. Bu səbəbdən rəqəmsal media məkanında etik prinsiplərin qorunması xüsusi əhəmiyyət daşıyır.

Araşdırmalar göstərir ki, Azərbaycanda yaşayan milli azlıqların sosial-mədəni resurslara çıxışı arasında ciddi fərqlər var. Bu fərqlər həm də yalnız demoqrafik göstəricilərdən deyil, eyni zamanda media resurslarının mövcudluğu və konkret milli azlığın öz təşəbbüskarlığından qaynaqlanır. Düzdür, dövlət bu etnorəngarəngliyə fərq qoymasa da dəstək mexanizmi də yoxdur. Əlbəttə, MEDİA və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı əsasında hazırlanan yazılar, videolar istisna olmaqla. Onlar da yalnız ölkədə mövcud olan multikultural şəraitin təkrar-təkrar ictimailəşdirilməsindən başqa bir şey deyil. Təəssüf ki, araşdırma janrlı, problemlərin aktuallığını özündə ehtiva edən materiallara çox az rast gəlinir. Məsələn, bu gün ölkədə rus və gürcü icmalarının təhsil infrastrukturu daha əlçatandır, onların məktəbləri və dil kursları, media resursları uzun illərdir fəaliyyət göstərir. Talışlar, ləzgilər və yəhudilər öz dillərində informasiya vasitələri yaratmağa meyillidirlər, internet və sosial media alətləri ilə kimliklərini daha fəal şəkildə təbliğ edirlər. Amma cek, saxur, buduq, avar, əlik, xınalıq, ingiloy, qrız, hapıt və tat kimi icmalar üçün bu imkanlar məhduddur. Bu xalqların bir çoxu kompakt halda kəndlərdə yaşayır, internet infrastrukturu zəifdir, mədəniyyətlərini ictimailəşdirən və informasiya istehsal edən resursları yoxdur.

Bu fərqlər araşdırmalarda da da öz əksini tapır: 2023-2025-ci illərin media monitorinqi (“Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İB) göstərir ki, bəzi xalqlar - məsələn, buduq, qrız, hapıt, cek, əlik, avarlar haqqında ümumiyyətlə araşdırma xarakterli məqalələr dərc olunmayıb. Cəmi iki hapıt sözlüyü haqqında qısa məlumat, bir saxur və bir tat icması barədə xəbər mediaya çıxıb. Bu, həm elmi ictimaiyyətin məlumat bazasını məhdudlaşdırır, həm də geniş auditoriyanı həmin icmaların real vəziyyətindən xəbərsiz qoyur.

Media boşluğu, yoxsa laqeydlik?..

Azərbaycan Televiziyasında (AzTV) müxtəlif dillərdə radio verilişlərin yayımlanması milli azlıqların informasiya hüquqlarının təmin edilməsinə xidmət edir. Bu proqramlarda milli folklor, mədəniyyət və ictimai-siyasi məsələlər işıqlandırılır. Belə yayımlar həm də dezinformasiyanın qarşısının alınmasında mühüm rol oynayır.

Bir zamanlar İctimai Televiziyada fəaliyyət göstərən Milli azlıqlar üçün verilişlər Departamenti bu sahədə mühüm rol oynayırdı. Departamentin bağlanmasından sonra mədəni müxtəlifliyin təbliği sahəsində ciddi boşluq yarandı. Əlbəttə, bu boşluq təkcə məlumat çatışmazlığı deyil, həm də milli azlıqların təmsilçiliyi ilə bağlı olan sosial məsələdir.

Avropa Şurasının Milli azlıqların qorunması haqqında Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitənin 30 may 2024-cü ildə təsdiq olunan Azərbaycanla bağlı beşinci rəyinin "Dil hüquqları" yarımbaşlığında deyilir (7): “Bəzi milli azlıqların dillərində televiziya və radio yayımı, çox məhdud çap və onlayn media mövcuddur. Lakin proqramlaşdırma kifayət deyil və milli azlıqların özləri tərəfindən idarə edilən media layihələri üçün maliyyə çatışmazlığı mövcuddur”. Və yaxud da Məşvərət Komitəsinin 18 noyabr 2024-cü il tarixli Beşinci Rəyi Azərbaycan XİN tərəfindən birmənalı qarşılanmayıb. Qeyd olunub ki, bu rəy hökumətin səylərini tam və obyektiv şəkildə əks etdirmir, bir sıra müsbət nailiyyətlər nəzərə alınmayıb, bəzi mülahizələr isə əsassız və reallığa uyğun deyil. XİN hesab edirdi ki, komitənin Media və QHT qanunlarına dair iradları da mandatdan kənara çıxır.

Təəssüf ki, hazırda mediamız azsaylı xalqlar haqqında məlumatları əsasən bayramlar, folklor tədbirləri və rəsmi protokol çərçivəsində təqdim edir (Məsələn, Mədəniyyət Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin press-relizləri kimi). Halbuki onların gündəlik sosial problemləri, gənclərin təhsilə çıxışı, qadınların sosial həyatda rolu, regionlardakı iqtisadi çətinlikləri kimi məsələlər də ictimai diskursun ayrılmaz hissəsi olmalıdır. Olmayanda isə, bu boşluq beynəlxalq təşkilatların hesabatlarında və “mehriban qonşular”ın mediasında “etnik məsələlərin neqativ aspektlərdən işıqlandırılması” kimi təhlükəli tendensiyalarla müşahidə edilir. Yəni informasiya azlığı və yaxud da olmaması çox vaxt yanlış təsəvvürlərə və stereotiplərin dərinləşməsinə səbəb olur.

Nə etməliyik və ya edə bilərik?

Azərbaycanda multikulturalizm siyasətinin mövcudluğu və müxtəlif mədəni layihələr üçün açılan imkanlar problemin həllinə real zəmin yaradır.

Birincisi, azsaylı xalqlar öz sosial-mədəni irslərini qorumaq üçün ilk növbədə müasir kommunikasiya alətlərindən istifadə etməlidirlər. Dövlət bu və ya digər sahələrdə onlara heç bir məhdidiyyət qoymur.

İkincisi, azsaylı xalqların media ilə əlaqələrinin gücləndirilməsi onların mədəni irsinin qorunması və ictimaiyyətdə daha görünən olmasına xidmət edəcək. Media qurumları ilə milli azlıqlar arasında əməkdaşlığın inkişafı həm stereotiplərin qarşısını alacaq, həm də bu xalqların sosial-mədəni həyatını daha obyektiv və dolğun təqdim etməyə imkan yaradacaq.

Üçüncüsü, milli azlıqların sosial şəbəkələrdə görünən olması üçün əsas addımları yenə özləri atmalıdırlar. Məsələn, öz mədəniyyətlərinə uyğun qısa video, foto və hekayələr hazırlamalı, gənclərin rəqəmsal bacarıqları təlimlərlə gücləndirilməli, facebook, instagram və youtube kimi platformalarda rəsmi icma səhifələri yaradılmalıdır. İcma daxilində məlumat ötürən könüllülərin formalaşdırılması, media və blogerlərlə əməkdaşlıq da mühüm vasitələrdəndir.

Dördüncüsü, bu sahədə müəyyən problemlər də mövcuddur. Əsas problemlərdən biri milli münasibətlər mövzusunda ixtisaslaşmış jurnalistlərin az olmasıdır. Bəzən həssas mövzular səthi təqdim edilir, nəticədə yanlış təsəvvür formalaşır. Ona görə də jurnalistlərin bu sahədə xüsusi təlimlərə cəlb olunması vacibdir.

Və nəhayət, dövlətin gördüyü işlərlə bağlı informasiyalar azsaylı xalqlar üçün əlçatan olmalıdır. Materialların sadə və mümkün olduqda operativ hazırlanması, icma sədrlərinin məlumatlandırma prosesinə cəlb edilməsi, bölgələrdə görüş və təqdimatların keçirilməsi mühüm rol oynaya bilər. Xüsusən də bu sahədə ixtisaslaşmış sayt və sosial şəbəkələrdə QHT və media ilə əməkdaşlıq, həmçinin mobil kommunikasiyadan (WhatsApp) istifadə məlumatların daha geniş və effektiv yayılmasını təmin edəcək. Biz bu təcrübəni QHT Agentliyinin layihəsi əsasında bir neçə dəfə tətbiq etmişik.

Multikultural cəmiyyətdə media yalnız xəbər platforması deyil, həm də ictimai sabitliyin qoruyucusudur. Media birmənalı olaraq xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirməli, nifrət nitqindən uzaq durmalı və fərqli mədəniyyətlərin tanıdılmasına şərait yaratmalıdır. Əks halda yanlış təqdim olunan məlumat milli münasibətlərə mənfi təsir göstərə bilər (iyulun əvvəllərində ADP sədri Sərdar Cəlaloğlunun internet kanallarının birinə verdiyi müsahibə Azərbaycandakı kürd icması tərəfindən çox mənfi qarşılandı, bəyanatlar yayıldı və s.). Xüsusilə etnik və dini məsələlərin işıqlandırılması zamanı jurnalistin peşəkarlığı mühüm rol oynayır. Bu baxımdan, təlimlərdə boy-boy foto çəkdirən gənc jurnalistlərimiz, onların ərdəm redaktorları idrak etməlidirlər ki, milli azlıqların mediaya çıxışına dəstək olmaq, sosial-mədəni irslərini qorumaq, təkcə həmin icmalar üçün deyil, vahid Azərbaycan kimliyi üçün də strateji əhəmiyyət daşıyır. Mədəni müxtəlifliyin təbliği həm də ölkədə sabit etnomühitin, birgəyaşayışın möhkəmlənməsinə, sosial əlaqələrin güclənməsinə və cəmiyyətin daha tolerant inkişafına şərait yaradar.

Bu yazı “Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Virtual məkanda etnomədəni sabitlik və təxribatların qarşısının alınması təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində hazırlanıb.

Niyaz Niftiyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 İyul 2026 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see486

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see316

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see252

İlyas Yalçıntaş həbs edildi

17 İyul 2026 06:41see232

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see217

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see216

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see213

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see181

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see178

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see174

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see172

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see170

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see169

DÇ 2026: Finalın hakimləri açıqlandı

17 İyul 2026 08:20see167

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see166

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see166

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see161

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see157

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see155

Ana və qızı eyni anda məzun oldular: Mən onun qədər çox oxumamışam VİDEO

17 İyul 2026 06:10see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri