Bazarlarda ərzaq təhlükəsizliyi: Görünən risklər, görünməyən fəsadlar
Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ət və süd məhsulları tez xarab olan, xüsusi temperatur rejimi tələb edən ərzaqlardır. Beynəlxalq qida təhlükəsizliyi standartlarına görə, bu məhsulların saxlanması zamanı “soyuq zəncir”in qırılmaması əsas şərtdir. Lakin bazarlarda bu tələbin çox zaman gözardı edildiyini görürük. Toyuq və döş əti bəzən birbaşa günəş şüası altında, soyuducu vitrinlər olmadan satılır. Pendir və şor isə açıq qablar içində, üzəri örtülmədən, toz və digər çirkləndiricilərə məruz qalır.
Bu vəziyyət məhsulların tərkibində bakteriyaların sürətlə çoxalması üçün əlverişli şərait yaradır.
Müşahidələr göstərir ki, bir çox hallarda satıcılar şəxsi gigiyena qaydalarına da əməl etmir. Əlcəksiz əl ilə məhsula toxunmaq, eyni əllə həm pul alıb, həm də ərzaq vermək adi hala çevrilib. Bu isə çarpaz çirklənmə riskini artırır. Pul üzərində olan mikrobların birbaşa qidaya keçməsi istehlakçılar üçün əlavə təhlükə yaradır.
Digər tərəfdən, satılan məhsulların mənşəyi, istehsal tarixi və saxlanma müddəti barədə məlumatlar da əksər hallarda ya ümumiyyətlə verilmir, ya da qeyri-dəqiq olur. Bu isə istehlakçının seçim etmək hüququnu faktiki olaraq əlindən alır.
Problemin bir tərəfi də istehlakçı davranışları ilə bağlıdır. Ucuzluq və vərdişlər çox zaman sağlamlıq risklərini arxa plana keçirir. “İllərdir buradan alıram, heç nə olmayıb” düşüncəsi təhlükəni normal hala gətirir. Halbuki qida zəhərlənmələri hər zaman dərhal üzə çıxmır, bəzən uzunmüddətli sağlamlıq problemləri ilə nəticələnir.
Rəsmi qurumlar tərəfindən mütəmadi yoxlamaların aparıldığı bildirilsə də, real vəziyyət bu nəzarətin ya yetərsiz, ya da davamlı olmadığını göstərir. Bir neçə gün aparılan reydlərdən sonra bazarlarda vəziyyət yenidən əvvəlki halına qayıdır.
Görünüşdə “adi” görünən bazar alış-verişi, əslində, hər birimizin sağlamlığına birbaşa təsir göstərir. Gigiyenaya əməl olunmayan bir piştaxta, sabah bir ailənin sağlamlıq problemi ola bilər. Bu səbəbdən ərzaq təhlükəsizliyi məsələsinə laqeyd yanaşmaq artıq seçim deyil, ciddi riskdir.
Leyla Mirzə, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 23 Yanvar 2026 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















