Icma.az
close
up
RU
Samir Abasov: Görünməyən və bilmədiyiniz problemlər çoxdur

Samir Abasov: Görünməyən və bilmədiyiniz problemlər çoxdur

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

Misli Premyer Liqasının XV turunun "Neftçi" - "Qarabağ" matçından (0:3) sonra "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.

- "Neftçi"də hansı nəticə sizin üçün uğur sayılacaq? Bu gün gördüyümüz futbolçuların maksimum potensialı budur?

- Potensialdan danışmaq istəmirəm. İşin başlanğıcındayıq. Əgər "Neftçi"nin baş məşqçisi, futbolçususansa, bu cür oyunlarla sənə qiymət verilir. Futbolçuların bir oyunla ölçmək istəmirəm. Görüləcək işimiz və bu cür oyunlar çox olacaq. Qarşıma qoyulan "Neftçi"nin hədəfləridir. Hədəflərimiz yüksəkdir. Ona doğru getməyə çalışacağıq. Görəcəyimiz iş çoxdur. Bura gəlməmişdən əvvəl koamdandada ruh düşkünlüyü önə çıxırdı. Görünməyən və bilmədiyiniz problemlər çoxdur. Futbolçularda inkişaf görünür. Əhval-ruhiyyə yaxşıya doğru gedir. Bu gün üzücüdür. Ümid çox idi. Atmosfer də yaxşı idi. Bunu azarkeşlərimiz etmişdi. Sağolsunlar.

- Ramil Şeydayevin faydalı iş əmsalı sizi qane edir?

- Üzrlü hesab edin, tək-tək futbolçuları soruşsaz, cavab verməyəcəm. Futbolçuları bölmək istəmirəm. Siz sezdiyinizdən, gördüyünüzdən daha problemli məsələlər gördüm. O məni narahat edir. Sırf bəzi futbolçularla bağlıdır. Bu, məni çox narahat etdi. Üzərində dayanacağıq. Mediada müzakirə olunan futbolçular haqda danışmaq istəmirəm.

- "Neftçi" hücum xəttində istəkli görünmürdü. Sizcə, komandada taktiki gedişatlarda problem var idi, yoxsa oyunçular tapşırıqları yerinə yetirmədi?

- Çox istəkli idik. Son paslarda, son nöqtəni qoymaqda çatışmazlıqlar var idi. Biz də əks-hücuma yaxşı çıxmağa çalışırdıq. Fasilədə bildirdiyim irad o idi ki, son nöqtədə ürəyini qoymalısan. Epizoda girə bilirdik. Əfsuslar olsun ki, son nöqtələri qoya bilmədik. Bu da sırf psixoloji durumla bağlıdır. Futbolçularım həmin anlarda rahat deyildi. Bu, məni narahat edirdi. Belə qol buraxmalı deyildik. İlk qoldan danışmaq istəmirəm. İkinci hissədə komanda kimi belə reaksiya verməli deyildik.

- Necə düşünürsüz, avrokuboklara getməyin ən asan yolu, liqadır, yoxsa kubok?

- Kubokda da şansımız var. Amma bu, o demək deyil ki, liqanı boşa verəcəyik. Dörd gündən sonra kubok matçımız var. Hər liqa oyunu bizi avrokuboklara daşıyacaq. Bu istəklə meydana çıxacağıq. Bu gün hesab məni üzdü. Bunu kənara atıb, kubokdan yapışası deyilik. Kubokdan yol asan görünə bilər. Amma kubok 1-2 oyundan ibarətdir. Sona qədər gedəcəyik.

- Qarşıdakı turda "Sumqayıt"la qarşılaşacaqsız. Hansı ab-havanı gözləyirsiz?

- Ab-havanı "Neftçi" özü yaradır. "Neftçi" hansı səfərə gedirsə, azarkeş sayı birə-beş qalxır. Ab-hava da normal bir şeydir. Bu "Neftçi"nin adı ilə bağlıdır. İnanıram ki, bu ab-havaya yaxın atmosfer olacaq.

- "Qarabağ" ikinci heyəti ilə "Neftçi" qarşısına çıxmışdı. Bu heyətə 0:3 uduzursuzsa, bəlkə əvəzedici heyətlə çempionata davam edəsiz? Liderdən 24, ikinci yerdən 23 xal geridəsiz... Kubok üçün daha yaxşı heyət formalaşdırmaq yaxşı olmaz?

- Nə edirsənsə-et bu heyətdən nəsə formalaşdırmalısan. Bu 20 futbolçunun içindən heyət formalaşdırmalıyıq. Bura gələndə bilirdik kimlərlə, hansı futbol oynayacağıq. Bunlar getsin, digərləri gəlsin deyə bir şey yoxdur. Bu cür şeyləri göz qabağına almışdıq. Bilirəm ki, hamı üzülüb. Mənim sözlərim onlara dərman deyil. Vəziyyəti soyuqqanlı analiz etməliyik. Kimisə ataq, onu çıxaraq, bu belə oynadı, o elə oynadı.. Belə olmayacaq. 

- Qışda hansı mövqelərə transfer edəcəksiz?

- Öz aramızda danışırıq. Hansı tip futbolçu istədiyimizi götür-qoy edirik. Elə mövqelər var ki, liqamızda həmin mövqeyə o cür futbolçu lazımdır. Həmin futbolçunu tapacağıq, gətirə biləcəyik, onu danışacağıq. 

- Mətbuat konfransı elə danışdız ki, sanki bütün məğlubiyyətin səbəbkarı futbolçular idi. Bu, futbolçulara mesajdı? Ramil Şeydayev "Qarabağ"ın sabiq futbolçusudur və müdafiəçiləri daha yaxşı tanıyır onu. Başqa hücumçu ilə başlamaq olmazdı? 

- Sizin şəxsi fikrinizdisə, normaldır. Ramil Şeydayev "Qarabağ"dan gəlib, oynamayacaq deyə, var belə şey? Digər hücumçulara gəldikdə, Darbo var. O, bu gün oyunçu olaraq ehtiyatda oturmuşdu. Heyətdən çıxarmaq istəmədik. Darbo oyuna çıxası vəziyyətdə deyildi. Zədədən sonra qayıtmışdı. Ağadadaş Salyanski, Yeqor Boqomolskiyə gəldikdə... Olsun da, bəlkə səhv seçim idi. Qəbul etmirəm. Ramil Şeydayev bu gün çox xeyir verməyə can atırdı. Özünü də bəlkə "Qarabağ"a sübut etməyə can atırdı. Təhlükəli epizodlarda da Ramil idi. "Qarabağ"ın müdafiəçiləri Ramili bu qədər tanıyırsa, onu necə buraxdılar?

- Adətən derbidə məğlub olan tərəf daha çox aqresivlik göstərir, qırmızı vərəqəni də gözə alıb, sərtlik göstərirlər. Amma sanki “Neftçi” futbolçuları vəziyyətdən narahat deyildi...

- Bizim komanda bu gün tam başqa ab-havada çıxmışdı oyuna. Bilirdik ki, oyunun içində çətinliklıər yaranacaq. Nə qədər desələr, ikinci heyətdir. "Qarabağ"a qarşı oynayırdıq. Bu çətinliklərlə qarşılaşacağıq. Oyun qurmuşduq. Oyun başlayandan yaxşı tərəflərini görməyə başlamışdıq. Özünəinam futbolçularda yarananda qol buraxdıq. Qolu "Qarabağ"dan buraxırsansa, futbolçulara təsir edir. İkinci hissədə çalışdıq ki, bəzi şeyləri danışdıq, amma əfsuslar olsun ki, öz shvimizdən sonra... Rzanın pis çıxarışından sonra qapımızda qol gördük. Onu da səhvə bağlayıram. İstəməzdim ki, ondan sonra çirkin futbola dönüşsün. Uduzsaq da, ən azından tapşırıqları məşqlərdə etdiklərimizi, o tempi qoruyub-saxlasınlar ki, bu gün uduzsaq da, ən azından bunu çıxaraq ki, sonrakı oyunlarda bu bizə kömək olsun. Hansısa futbolçu getsin rəqibi sındırsın. Bu yaxşı hal deyil. O aqresivliyin arxasında nələr başlayacaq ki, Velkovski futbolu bitirmişdi. Mən baş məşqçi oalaraq, necə yön verim? Aqressiv olamlısan, istəkli olmalısız.. İllah ki, uduzursan, sındır kart al, bunu biz edə bilmərik.

Mirbağırağa

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://sportal.az
archiveBu xəbər 01 Dekabr 2024 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see236

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see230

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see221

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see220

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see218

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see218

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see215

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see209

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see209

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see198

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see192

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see191

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see188

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see183

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see182

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see181

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see179

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see176

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see175

Kosta Rikanın 119 yaşlı sakini dünyanın ən yaşlı insanı kimi tanınmağa çalışır

11 Sentyabr 2026 00:04see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri